www.nice.az > Ordan-Burdan > Kimdir günahkar?!
Kimdir günahkar?!1 yanvar 2012. Müəllif: _ROCK_STAR_ |
![]() Kimdir günahkar? Ərini aldadan qadınmı? Yoldaşına vaxt ayırmayan ərmi? Kimdir günahkar? Oğurluq edən insanmı? Onu işsiz buraxanlarmı? Kimdir günahkar? Nişanlı ola-ola başqası ilə gəzən oğlanmı? Yoxsa ona inanan saf qızmı? Kimdir günahkar? Malını baha satanmı? Yoxsa aşağı qiymətə satıb tərəzidə atanmı? Kimdir günahkar? Əsgər getməyənmi? Hərbidə özbaşınalıq edənlərmi? Kimdir günahkar? Qiymətlərini pulnan yazdıran tələbəmi? Biliyə qiymət verməyən müəllimi? Kimdir günahkar? Narkotik maddə istifadə edənlərmi? Narkotikin gətirilməsini təmin edənlərmi? Kimdir günahkar? Hazırlığa getməyən tələbəmi? Onu hazırlayan məsuliyyətsiz müəllimmi? Kimdir günahkar? Xəbəri yaxşı hazırlamayan usermi? Xoşu gəlmədiyi üçün xəbəri aktiv etməyən redaktormu? Kimdir günahkar? Bunları dilə gətirən mənmi? Bunları yazdıran sizlərmi?!!! Xoşunuza gəldi? =) |