www.nice.az > Ordan-Burdan > 2100-cü ilə qalmayacaq 7 şəhər

2100-cü ilə qalmayacaq 7 şəhər


29 oktyabr 2011. Müəllif: O_Z_I_L
2100-cü ilə qalmayacaq 7 şəhər

1. San-Fransisko, ABŞ
Səbəb: Zəlzələ


Kaliforniya Universitetindən tədqiqatçılar 75% ehtimal ilə qabaqcadan xəbər verirlər ki, San-Fransisko ərazisində 2086-cı ilə güclə zəlzələ olacaq. Bütün bunlar mərkəzi ölkələrə coğrafi təhlükəli olan sahilboyu rayonlardan əhalinin yerdəyişməsinin səbəbidir. Böyük fəlakət bu tendensiyanı sürətləndirə bilər.

2. Detroyt, ABŞ
Səbəb: Əhalinin axını


Detroytun əhalisi 1950-ci ildən üçdə-birə qədər - təxminən 950 min insan azalıb. Güman edilir ki, onun əhalisi zaman ötdükcə daha da azalacaq və 2030-cu ilə qədər — şəhərdə işsizliyin dərəcəsi 10%-dən çox təşkil edəcək. Öz növbəsində, Detroytun şəhərətrafı əhalisi isə daim artır. Əgər bu tendensiyalar qalacaqsa, onda Detroyt 2100-cü ilə qədər tanınmaz dərəcədə dəyişəcək.

3. Venesiya, İtaliya
Səbəb: Torpağın çökməsi

Kanalların şəhəri yuması minillik boyunca, daha çox isə son yüzillikdə şəhərinçökməsinin sürətini gözə çarpar dərəcədə artırb. Son 100 il Venesiya 24 santimetr çöküb. Hökumət qalxan dəniz səviyyəsindən şəhərin müdafiəsi üzrə planlar tərtib edib, ancaq onların işə yarayacağını heç kim bilmir.

4. Mexiko, Meksika
Səbəb: İçməli suyun çatışmazlığı və torpağın enməsi


Mexiko susuzluqdan boğulur. Şəhər sulu qatdadır, hansı ki, içməli suyun əsas mənbəyidir. Hər dəfə 20 milyon şəhər sakinindən biri su içəndə, şəhər bir az daha düşür. Bəzi hesablamalara görə şəhər son 100 il ərzində 9 metr çöküb. Bu çox pis potensialdır. Güman edilir ki, sulu qat tükənir.

5. Neapol, İtaliya
Səbəb: Vulkan püskürməsi


B.e.ə. 79-cu ildə Pompeyi məhv etmiş Vezuvi vulkanı təxminən 100 ildə bir dəfə püskürür. Axırıncı dəfə o 1944-cü ildə püskürüb. Vezuvi cənubi İtaliyada Neapol körfəzindədir, hansı ki, 4 milyondan çox insan məhz burada yaşayır. Bu yalnız Neapolun əhalisi deyil, həm də vulkana bilavasitə yanaşan "qırmızı zonada" yaşayan insanların hər biri üçün ölüm təhlükəsidir.

6. Timbuktu, Mali
Səbəb: Səhralaşma


Qum təpələri yer üzündə yığıldıqda səhralaşma başlayır. Saxaranın cənubunda bir sıra ölkə üçün bu böyük bir problemdir. Ən böyük təhlükə Malidə Timbuktu şəhərini hədələyir. Şəhərin 1000-dən çox yaşı var.

7. İvanovo, Rusiya
Səbəb: Əhalinin urbanizasiyası


SSRİ dövründə parçanın istehsalının mərkəzi, Moskvadan şimal-şərqdə yerləşən bu vilayət təxminən 448 min əhaliyə malikdir. Əhali isə durmadan daim azalır. Qadınların sayı kişiləri ötür, doğum sayının səviyyəsi düşür və ölüm göstəricisi artır. Təhsilli cavanlar Moskvaya gedir. Çünki şəhərdə müasir sənayedən praktik olaraq heç nə qalmayıb.