www.nice.az > Ordan-Burdan > Nəyini sevmişdin bu kişilərin?

Nəyini sevmişdin bu kişilərin?


27 oktyabr 2011. Müəllif: Naxcione
Nəyini sevmişdin bu kişilərin?

Qadınları cəlb etmək üçün Devid Bekhem və ya Bred Pitt olmağa ehtiyac yoxdur.

Sizin heç fikir vermədiyiniz, amma qadınları cəlb edən bilirsiniz nə qədər cəhətləriniz var?

Cəlbedici hesab etmədiyiniz cəhətləriniz bəzən qadınları “dəli edə” bilir. Sizi fərqli edən bu cəhətlərinizi kəşf edin ki, inamınız artsın.

Beləliklə, qadınların kişilərdə sevdiyi 4 fərqli cəhət:


Çapıq izləri

İlk görüşünüzdə qadınlar sizin hər hansı yara izinizi görüb, mütləq tarixçəsini öyrənməyə çalışacaqlar. Çapıqlar kişilərə gizlilik və xarizma verir.

Reperlərin üzlərindəki yara izlərini cazibədar hesab edən xeyli sayda qadın var.

Bu mövzuda hətta araşdırmalar da aparılıb. Liverpul və Sterlinq universitetlərinin alimlərinin araşdırmalarına görə, çapıqlar ən çox cəsarətlə əlaqələndirilir. Çapıqlar kişiləri cəsur göstərir və rəqibini yaraladığının sübutu da sayılır. Odur ki, kişilər siz olun, uşaq vaxtı pilləkəndən düşüb yıxılmağınızı heç vaxt sevgilinizə açıqlamayın.


Evinizdəki çiçəklər

Evinizdə, həyətdə çiçək yetişdirmək qadınları siz düşündüyünüzdən də çox təsirləndirir. Qadınlar çiçəklərin yaxşı yetişdirildiyindən bir çox nəticələr çıxarır. Məsələn, sevgilisinə diqqətli olacaq, ev işlərində ona kömək edəcəyinizi düşünəcək.

Bu mövzuda keçirilmiş daha bir araşdırmanı diqqətinizə çatdıraq. İngiltərənin ən çox satılan kişi jurnalı “Nuts”ın 1500 insan arasında keçirdiyi sorğuda məlum olub ki, qadınlar ətrafa, çiçəklərə maraq göstərən kişiləri çox cazibədar hesab edirlər.

Alimlər isə həftədə yarım saat həyətdə iş görən kişilərin daha temperamentli olduğunu deyirlər.


Tər

Düzdür, o dəqiqə fikirləşəcəksiniz ki, tər niyə cəlbedici olsun axı? İnanmırsınızsa, futbol və ya digər idman oyunlarında qadınların tərləyən kişilərə necə heyranlıqla baxdığına diqqət yetirin.

Araşdırmaçılar belə bir test keçiriblər; kişilərə maraqsız sənədli film və erotik filmlər izlətdirib, tər nümunələri götürüblər. Təcrübədə könüllü iştirak edən qadınlar nümunələri qoxuladıqda maraqlı nəticə alınıb. Belə ki, qadınlar erotik filmlər izlənən vaxt yaranan tər nümunələrini iylədikdə bundan zövq aldıqlarını və çox cazibədar olduqlarını bildiriblər.


Eynək


Stokholm Universitetində edilən araşdırmalara görə, qadınların çoxu eynək taxan kişiləri taxmayanlardan daha üstün tuturlar.

Eynək əksər vaxt zəka, ağıl göstəricisi kimi qəbul olunur. Qadınların isə ağıllı kişilər üçün “ürəyi gedir”.