www.nice.az > Ordan-Burdan > 14 min dollarlıq məktub
14 min dollarlıq məktub18 oktyabr 2011. Müəllif: Naxcione |
Nobel mükafatı laureatı olan fizik-alim Albert Eynşteynin 1939-cu ildə qələmə aldığı məktub 14 min dollara satılıb. Eynşteyn Nyu-Yorkdakı dostu, iş adamı Hyman Zinnə yazdığı məktubda Avropada yəhudiləri böyük faşist təhlükəsi gözlədiyini qeyd edib. Makinada yazılmış məktubda bu fikirlər yer alıb: “Qorxunc bir təhlükəylə qarşı-qarşıya olan zərərçəkmiş yəhudi qardaşlarımızın qurtuluşları və daha yaxşı bir gələcəyə sahib olmaları üçün göstərdiyin mühüm dəstək sənin üçün böyük bir təminat qaynağı olmalıdırâ€. Yeri gəlmişkən, Albert Eynşteyn Almaniyada faşist iqtidarının güclənməsilə əlaqədar 1933-cü ildə ölkəni tərk etmişdi. Məktubun yazıldığı ildə alim ABŞ-da universitetdə çalışırdı. Hərracda əvvəlcə 5-7 min dollar arası məbləğə satılması gözlənilən məktubun yeni sahibi onu əldə etmək üçün 14 min dollar pul ödəyib. |