www.nice.az > Ordan-Burdan > Bir dilim şokoladın qadına təsiri

Bir dilim şokoladın qadına təsiri


17 oktyabr 2011. Müəllif: Naxcione
Bir dilim şokoladın qadına təsiri

Alimlər şokolad yeməyin qadınlarda ürək-damar xəstəlikləri və iflic riskini azaltdığını müəyyən ediblər."Journal of the American College of Cardiology" jurnalının yayımladığı xəbərə görə iflic riski şokolad yeyən qadınlarda yeməyən qadınlara görə yüzdə 20 daha azdı.
Stokholmdakı Karolinska İnstitutunda aparılan araşdırmaya yaşları 49 ilə 83 arasında dəyişən 33 min isveçli qadın qatılıb. Kakaoda olan antioksidan xüsusiyyətə malik flavonoidlər, az miqdarda lipoproteinlərin (ziyanlı xolesterol) oksidasiyanın qarşısını aldığı üçün ürək-damar xəstəlikləri ilə iflicin qarşısını alır. İnsulin müqavimətini azaldığı və qan laxtalanmasını əngəllədiyi də bilinir.