www.nice.az > Ordan-Burdan > Avropada spirtli içkilərə meyl
Avropada spirtli içkilərə meyl2 oktyabr 2011. Müəllif: Naxcione |
![]() Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına əsasən, dünyada ən çox alkoqol Avropada qəbul edilir. Məlum olub ki, hər avropalı il ərzində orta hesabla 9,24 litr spirtli içki qəbul edir. Hədd-büluğa çatmış əhalinin təxminən 20 faizi isə mütəmadi alkoqol istehlakçısı hesab edilir. Alkoqol istehlakına görə Avropada birinci yerdə Estoniya gedir. Hər bir estonun payına il ərzində 16 litr spirtli içki düşür. Estoniya bu göstərici ilə Çexiya, Rusiya, İrlandiya və Almaniya kimi ölkələri qabaqlayır. Avropada ən az spirtli içkilər isə Türkiyədə içilir. Son 15 il ərzində alkoqol istehlakı ilə bağlı şərq-qərb tendensiyası müşahidə olunur. Belə ki, Qərbi Avropada spirtli içkilərə meyl edənlərin sayı azaldığı halda, bu göstərici Şərqi Avropa ölkələrində yüksəlməkdir. |