www.nice.az > Ordan-Burdan > Eynşteyn niyə fotoqraflara dil çıxarmışdı?
Eynşteyn niyə fotoqraflara dil çıxarmışdı?24 sentyabr 2011. Müəllif: LeGaCy |
![]() Fotoşəkil, 14 Mart 1951-də Eynşteynin ad günündə, UPI fotoqrafı Arthurr Sasse tərəfindən çəkilmişdir. Eynşteyn bir yığıncaqdan evə dönərkən, jurnalistlər tərəfindən kameraya gülümsənilməsi istənirdi. O gün dəfələrlə kameralara gülümsəmək məcburiyyətində qaldıqdan sonra "Bu qədəri bəsdir" deyə jurnalistlərə qışqırdı; ancaq onları uzaqlaşdıra bilmədiyini anlayınca bu səfər dilini çıxardı. İşin maraqlı tərəfi, bu fotoşəkilin orijinalından kəsilmiş olmasıdır. Əslində burada Eynşteyn, həyat yoldaşı və Dr Frank Aydelotte ilə birlikdə bir avtomobilin arxa kreslosunda oturmaqdadır. Lakin məşhur alim bu fotoşəkili çox sevdiyindən tək üzünün olduğu hissəsi kəsib çoxaltmışdır. Beləcə bu fotoşəkil ən məşhur şəkillərdən birinə çevrilmişdir. Həmçinin 19 İyun 2009-da orijinal fotoşəkil bir auksionda 74.324 dollara satılmış və Eynşteynin ən bahalı fotoşəkili olmuşdur Şəklin orijinalı ![]() |