www.nice.az > Ordan-Burdan > Səməd Vurğundan gözəl şeir
Səməd Vurğundan gözəl şeir23 sentyabr 2011. Müəllif: hebibi_p |
Ala Gözlər Yenə qılıncını çəkdi üstümə, Qurbanı olduğum o ala gözlər. Yenə cəllad olub durdu qəsdimə; Qələm qaş altında piyalə gözlər! Başımdan getmişdi sevdanın qəmi, Xəyalım gəzirdi, bütün aləmi. Bu dustaq könlümü deyin yenəmi Çəkdiniz sorğuya, suala gözlər? Gərdənin minadır, boyun tamaşa, Ay da həsəd çəkir o qələm qaşa! Bir cüt ulduz kimi verib baş-başa Yanıb şölə salır, camala gözlər! |