www.nice.az > Ordan-Burdan > Kainatın 3D modeli yaradılıb
Kainatın 3D modeli yaradılıb23 sentyabr 2011. Müəllif: vusaal |
![]() Portsmut universitetinin astronomları yaxın Kainatın ən dolğun üçölçülü (3D) xəritəsini yaradıblar. Xəritə 380 milyon işıq ili məsafədə olan cisimləri əhatə edir. Xəritəni tərtib edərkən tədqiqatçılar 10 illik müşahidələrin nəticələrindən istifadə ediblər. Tədqiqatçılar Kainatı infra-qırmızı diapazonunda skan ediblər. Bunun nəticəsində, əvvəllər optik tədqiqatlar zamanı aşkar edilməsi mümkün olmayan çoxlu səma cisimləri aşkar edilib. Alimlər beləliklə Süd yolunun arxasında yerləşən görünməyən sahələri də aydın təyin edə biliblər. Kainatın xəritəsi Harvard-Smitsonovski astrofizika mərkəzində keçirilən Amerika astronomik cəmiyyətinin görüşündə təqdim edilmişdir. |