www.nice.az > Ordan-Burdan > Əliağa Vahid

Əliağa Vahid


12 sentyabr 2011. Müəllif: hebibi_p
Əliağa Vahid

Dedim : - Ey qönçə dəhan, könlümü qan eyləmisən
Dedi : - Bica yerə eşqimdə fəqan eyləmisən

Dedim : - Insaf elə incitmə məni, aşiqinəm
Dedi : - Get, sirrimi dünyaya əyan eyləmisən

Dedim : - Ağlatma məni sərv boyun şövqünde
Dedi : - Göz yaşini bihude revan eyləmisən

Dedim : - Axir, gözelim, bagü baharim sənsən
Dedi : - Sən ömrünü həsrətlə xəzan eyləmisən

Dedim : - Az çəkməmişəm gözlerinin həsrətini
Dedi : - Öz könlünü yersiz nigaran eyləmisən

Dedim : - Eşqində əsirəm, mənə bəs xeyri nədir...?
Dedi : - Evvəldə bu sevdadə xziyan eyləmisən

Dedim : - Eşq atəşi neylər mənə, qorxan deyiləm
Dedi : - Biçarə, yanarsan, nə güman eyləmisən...?

Dedim : - Ey gül, mən əzəldən də gözəl aşiqiyəm
Dedi : - Sən ruhini eşq iylə cəvan eyləmisən

Dedim : - Hər gün səri-kuyində dolqnmaqdir işim
Dedi : - Vahid, nə gözəl yerdə məkan eyləmisən...?