www.nice.az > Ordan-Burdan > Şokoladın möcüzəvi xüsusiyyətləri
Şokoladın möcüzəvi xüsusiyyətləri30 avqust 2011. Müəllif: vusaal |
![]() Böyük Britaniyanın Kembric Univerisitetinin alimləri şokoladın xüsusiyyətləri haqqında yeni faktlar üzə çıxarıblar. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, indiyədək şokolada meyilli insanların şəkərli diabet və ürək xəstəliyindən əziyyət çəkdiyi iddia edilsə də araşdırmalar bunun tam əksini söyləməyə əsas verib. Kembric Universitetinin alimləri şokolad çox yeyən insanların ürək xəstəliklərinə az tutularaq, insultundan ölmə risklərinin az olduğunu müəyyənləşdiriblər. İngilis alimlərin 100 nəfər şəxsin üzərində apardıqları təcrübə ağ və tünd şokoladın orqanizmə eyni dərəcədə xeyirli olduğunu aşkar edib. Qeyd edək ki, ingilis alimləri şokoladın çox xeyirli qida növü olduğunu bildirən ilk elm xadimləri deyil. Bunadək amerikalı dietoloqlar da şokoladın “superqida†olduğunu bəyan etmişdilər. Onlar bir parça şokoladda və ya kakao tozunda meyvə şirəsindən çox vitaminin olduğunu müəyyənləşdirmişdilər. Xatırladaq ki, şokoladın insanın əhval-ruhiyyəsini qaldırdığı, öskürək və hamiləlik zamanı toksikozlara kömək etdiyi və qan dövranını yaxşılaşdırdığı artıq bir faktdır. |