www.nice.az > Ordan-Burdan > Axtarıram
Axtarıram22 avqust 2011. Müəllif: Mal4ik_Yasaml4ik |
* Mən oğlan üstündə dava edən qızlarda MƏNLİK axtarıram... * Mən onun-bunu qeybətini edən insanlarda ABIR-HƏYA axtarıram... * Mən vətənin hər bir torpağını satan insanlarda KİŞİLİK axtarıram... * Mən gündə bir qız fırladıb bununla fəxr edən oğlanlarda VİCDAN axtarıram... * Mən anasını-atasını küçəyə, qocalar evinə atan insanlarda İNSANLIQ axtarıram... * Mən oğlanla görüşmək üçün atasına yalan danışan qızlarda DÜRÜSTLÜK axtarıram... * Mən bayrağını tərs tutan,erməni ilə şəkil çəkdirən insanlarda VƏTƏNPƏRVƏRLİK axtarıram... * Mən çıxdığı hoqqalara don geyindirmək üçün başını bağlayan qızlarda MƏNƏVİYYAT axtarıram... * Mən həyat yoldaşını sadəcə evdə iş görən canlı kimi baxan kişilərdə ATALIQ hissini axtarıram... * Mən pula görə kimisə sevən, pula görə kiminsə yanında alçalan insanlarda LƏYAQƏT axtarıram... * Mən ondan bir parça olan, bətnində yaranan övladı abort edən qadında ANALIQ hissini axtarıram... * Mən mini yubkanı oğlanlar ona baxsın, onlara acıq verim deyə geyinən qızlarda NAMUS axtarıram... * Mən səni sonsuzadək sevəcəyəm deyən insanda bu sözünü sona kimi tuta biləcək ÜRƏK axtarıram... * Mən orda-burda min hoqqadan çıxıb sonrada gəlib başqasına dindən dərs keçənlərdə DİN axtarıram... * Mən qucaqdan qucağa gəzən və buna görə heç bir narahatçılıq hiss etməyən qızda ƏXLAQ axtarıram... * Mən Somalıdaki, ac insanlara, minlərlə evsiz-eşiksiz qaçqınlara baxıb halına acımayanlarda MƏRHƏMƏT axtarıram... * Mən hər kəsin bir-birini sevməsi, dəstək olması, heç bir zaman qəlbini qırmaması və hər anında yanında olacaq bir SEVGİ axtarıram...[/color P.S. Buyurun fikirləriniz ..... |