www.nice.az > Ordan-Burdan > Mən buyam, Mən belə biriyəm

Mən buyam, Mən belə biriyəm


16 avqust 2011. Müəllif: Bakinka_
Mən buyam, Mən belə biriyəm

Sənə həyatındakı problemlər, şübhələr və ya qorxularınla əlaqədar həllər təqdim edə bilmərəm....
Amma səni dinləyə bilər və sənlə birlikdə cavablarını axtara bilərik...

Keçmişini əzablarını və xəyal qrıqlarını dəyişdirə bilmərəm,nə də gələcəkdə olacaqları...
Amma kömək etmək üçün hər vaxt yanında ola bilərəm....

Ayağının sürüşməsini əngəlləyə bilmərəm...
Amma düşməməyin üçün və yapışmağın üçün sənə əlimi uzada bilərəm.

Əyləncələrin, zəfərlərin, müvəffəqiyyətlərin və xoşbəxtliyin mənim deyil..
Amma bunları ürəkdən səninlə paylaşa bilərəm...

Həyatda etməyin üçün aldığın qərarlar mənim deyil, mübarizələrin də...
Amma sənə dəstək ola bilərəm, cəsarət verə bilərəm və istədiyində kömək edə bilərəm...

Yollarımızın, dəyərlərimizin, ikimizin ayrı düşməsini maneə əngəlləyə bilmərəm
Amma sənin üçün dua edə bilər, səninlə danışa bilər və səni gözləyə bilərəm...

Ürəyinin qırılmasını və əzab çəkməyinin qarşısını ala bilmərəm
Amma parçaları yığmaq, qırıqları yerinə qoymaq üçün kömək edə bilər və səninlə birlikdə ağlaya bilərəm...

Sənə kim olduğumu söyləyə bilmərəm
Amma səni sevə bilər və dostun ola bilərəm...


Mən Belə Biriyəm..