www.nice.az > Ordan-Burdan > Külək
Külək16 avqust 2011. Müəllif: Naxcione |
![]() Çox yaraşıqlı bir gənc oğlan Amerikanın cənubundakı bir fermaya iş görüşməsinə getmişdi. Fermanın sahibi ondan nə bacardığını soruşduqda gənc oğlan özündən razı bir əda ilə belə cavab vermişdi: "Külək əsdiyi halda belə yata bilərəm" Bu söz qoca ferma sahibinin başını çox qarışdırmışdı lakin bu ağıllı gənci çox bəyənmişdi, elə buna görə onu işə götürdü. Bir neçə gün sonra qoca ferma sahibi öz arvadı ilə çox sərt və güclü küləklə yuxularından oyandılar. Güclü külək sayəsində bir problem yaranmasın deyə hər yeri gözdən keçirməyə başladılar. Pəncərə və qapılar bərk bağlanmışdı. Qalın ağac kötükləri isə sıra- sıra sobanın yanına düzülmüşdü. Traktor qarajda idi. Tövlənin qapısı düzgün bir şəkildə bağlanmış və kilidlənmişdi. Hətta içəridəki heyvanlar da, olduqca sakit görünürdülər. Gənc oğlan isə irəlidəki otağında çox sakit bir vəziyyətdə yatırdı. Elə həmin an ferma sahibi gənc oğlanın o gün ona nə demək istədiyini anladı. Çünki gənc oğlan fırtınasız gözəl günlərdə bir gün şiddətli bir fırtına ilə fermadakı hər şeylərini itirə biləcəklərini düşünərək, işlərini o qədər düzgün bir şəkildə görmüşdüki, ən sərt, ən şıddətli fırtına belə əssə o yatağında sakit yata bilərdi... Görəsən hansı birimiz,həqiqi həyatda buna əməl edirik? |