www.nice.az > Ordan-Burdan > Hər cür insan gördüm...

Hər cür insan gördüm...


13 avqust 2011. Müəllif: Bakinka_
Hər cür insan gördüm...

Hər cür insan gördüm, baxanda gözlərindəki mənası ilə yaşamaq istədim. Həyat dolu nəşəsi ilə rəng qatır, işıq saçır.
Hər cür insan gördüm, baxanda bu həyatda niyə mənasız yaşadığını hiss etdim. Baxışlarındakı nifrət dolu qığılcımları insanı özündən uzaqlaşdırmağa çox yaxın edir.
Hər cür insan gördüm, baxanda qəlbindəki təmizlik, saflıq simasındakı nuruna əks olunub. Yaşa ki, yaşa.
Hər cür insan gördüm, baxanda keçmişini xatırlamağa utanacaq, başını aşağı edəcək arzuolunmaz həyatı cəhənnəm qədər alovlu edir.
Hər cür insan gördüm, baxanda həyatın yükünü çiyinlərində daşıyacaq əzmə, gücə, mətanətə sahib ürək daşıyıcısıdır.
Hər cür insan gördüm, baxanda paxıllığı, kini çöhrəsində gizlətməyə çalışan qeyri- səmimiliyi anda seziləcək saxta gülüşlərində tapdım.
Hər cür insan gördüm, uşaq cizgiləri altında məsumluğundan istifadə edərək yalanla həyat sürdüyünü.
Hər cür insan gördüm, 5 günlük həyatdır şüarı altında yaşadığı dünyanın dərinliklərini anlamayacaq ağla sahib olduğunu bildim.
Hər cür insan gördüm, yalanlar içərisində nəfəs almağa çətinlik çəkərək, doğruluğun nə olduğunu bilmədən yaşadığı həyatdan zövq alaraq.
Hər cür insan gördüm, kasıb ikən varlı olmağın həsrəti ilə alışıb ∓ yanaraq bu zirvəyə çatdıqdan sonra quru çörəyin qədrini zamanla bilmədiyini gördüm.