www.nice.az > Ordan-Burdan > Bir sehrli meyvə
Bir sehrli meyvə10 avqust 2011. Müəllif: Naxcione |
![]() Son edilən araşdırmalarda greyfurdun lycopene və liminoids ehtiva etdiyi və bu maddələrin bir çox xərçəng növündən qoruduğu sübut edildi. Həmçinin tərkibində olan naringinin, flavonoitlərin də ağız xərçənginin meydana gəlməsinə mane olaraq şişləri azaltdığı göründü. Zəngin bir lif qaynağı olan, xolesterolu salan, dəri problemləri ilə diş əti qanamalarına yaxşı təsir edən və maddələr mübadiləsini sürətləndirən greyfurdun faydalarını izah etməklə qurtarmaq olmur.Bu bir sehirli meyvədri sanki. Maddələr mübadiləsini sürətləndirərək çəki azaltmağa da təsiri var, insulin müqavimətini qırır,yarım iştah idarəsinə köməkçi olur. ![]() Scripps Klinika mütəxəssislərindən Dr. Ken Fujiokanın 100 qadın və kişi üzərində icra etdiyi 12 həftəlik arıqlama araşdırmasında, gündə üç dəfə hər dəfə yarım qreyfrut yeyənlərin, normal yemək vərdişlərini dəyişdirmədən işdən sonra orta hesabla 3 ilə 4 kilo arasında çəki itirdikləri qeyd edildi. ![]() Sızanağın düşməni Antioksidant xüsusiyyəti də olan , dərinin kolagen sintezini artırması və quruluşunu qüvvətləndirməsi səbəbiylə sızanaqları müalicə təsirli silahlarından biridir. Tərkibindəki C vitamini, sızanaq yaramasını azaltması və mövcud sızanaqların sağalması kimi təsirləri var, həmçinin qalan izlərin getməyii mövzusunda da faydalıdır. Dəri tərəfindən sorulduqda, 72 saata qədər uzun bir müddət dəridə qala bilən greyfurdun ən əhəmiyyətli üstünlüyü fəaliyyətinin uzun davam etməsidir. tərkibindəki C vitamini ilə diş əti qanamalarını ciddi nisbətdə azaldar və yaraların yaxşılaşmasını sürətləndirər. İnfeksiyalara qarşı immunitet sistemini gücləndirər. Xüsusilə ehtiva etdiyi yüksək lif qəbizliyə qarşı ən yaxşı dərmanlardan biridir. Həzm sistemi işləyişini nizamlayar və tarazlayar. Siqaret asılılığıı olanlarda nikotin ehtiyacını azaldar və nikotinin bədəndən atılmasını təmin edərək detoks təsiri göstərər. Gündə 1 dənə yeyilməsi ürək xəstəliklərini azaldar. Pis xolesterolu 25% aşağı salar, yaxşı xolesterolu isə 25% artırar. |