www.nice.az > Ordan-Burdan > Sözün gücü..

Sözün gücü..


7 avqust 2011. Müəllif: jalicka
Sözün gücü..

“Xoş bir söz...əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır...!” 1.

P_S. Sözün gücü... Dünyanı idarə edən güclü sözlərdi. Həyat bir neçə sözün üzərində
qurulub. Gözəl sözün zamanı, məkanı yoxdu, o ölməz və həmişəyaşar ∓dı.

Gözəl sözün kimə aid olması da önəmli deyil. Məsumlardan keçən bir hədsidə
belə deyilir: “Baxma ki, kim deyir, bax ki, nə deyir..!”

Dahi Nizami Gəncəvi sözün gücünü belə tərənnüm edir:

Başladı öz get-gəlinə ta qələm
Sözlə cahanın gözünü açdı həm.
Sözlə təbiət diyarın qurdular,
Sözlə şəriət möhürün vurdular.

___Əlbətdə ki, sözdən sözə fərq var, onlar müxtəlifdi.
Söz var ki, ev qurar, söz var ki, ev yıxar. İmam Əlidən (ə) soruşdular:

в«Allahın yaratdığı ən gözəl şey nədir?в»
Buyurdu: в«Söz.в» Ərz olundu:
в«Bəs, Allahın yaratdığı ən pis şey nədir?.в»
Buyurdu: в«Yenə də Söz.в» Sonra isə buyurdu:

в«Üzüağlığı gətirən də, üzü qara edən də sözdür.в» 2.

___Qurani ∓ kərim də sözdən ibarətdi. Allah taala da öz bəndələri ilə məhz
söz vasitəsi ilə ünsiyyət qurmuşdur. Demək söz özü - özlüyündə heç də
pis deyil. Sözü dəyərsizləşdirən, onun sehrini azaldan amillər var sadəcə.

___Uzunçuluq və çox danışmaq sözün afətlərindəndir.
A. Pop demişgən, “Sözlər yarpaqlara bənzəyir,
həddindən artıq çox yarpağı olan ağac az bəhrə verir.”

Bir hədisdə isə bu haqda belə deyilir: в«Söz də dərman kimidir. Azı xeyirli olar, çoxu isə öldürər.в» 3.

___Söz həm də şəxsiyyət göstəricisidir. Sokrat “Danış, o saat bilim ki, kimsən!” ∓
deyəndə yəqin ki, sözün bu xüsusiyyətini nəzərə almışdı.
___Ən gözəl sözə gəldikdə isə Allahın Peyğəmbəri (s): в«Ən gözəl söz Allahın sözüdür.в» - deyir.
Təbii ki, belədir. Elə isə Quran oxuyaq ki, gözlərimiz ən gözəl sözlər görüb, qəlbimiz ən gözəl mənalar duysun!

Ürək bir fikir yürütsə,
Beyin onu təsdiq etsə,
Dil yerində dilə gəlsə
Dərin məna doğar sözdən.
Sözlər incitək düzülsə
Deyilən söz düz söz olsa
Söz ilahi bir söz olsa,
Valla, hikmət yağar sözdən.