www.nice.az > Ordan-Burdan > Keçəlliyin dərmanı tapıldı
Keçəlliyin dərmanı tapıldı22 iyun 2011. Müəllif: persiangirl |
"Xortan gen" dərdə çarə olacaq. Dazlaşma və keçəlləşməni yaradan səbəbləri aradan qaldırmaq iqtidarında olan gen aşkarlanıb. Alimlərin "xortdan" gen adlandırdıqları bu genlər çox nadir xəstəlik olan hipertrixozisin yaradıcılarıdır. Hipertrixozisə mübtəla olan insanların bədənlərinin hər yerində tüklər çıxır və belələrini "canavar adam", "xortdan adam" adlandırırlar. ABŞ-ın Cənubi Kaliforniya və Çinin Pekin universitetlərinin birgə apardıqları araşdırmalar nəticəsində başda dazlaşma başlanmış yerlərdə xüsusi anesteziya-narkotik maddələrin inyeksiyası vasitəsilə genetik mutasiya əldə olunur. Həmin mutasiya nəticəsində məhdud məkanda yaranan "xortdan gen" dazlaşmış yerlərdə tüklənməyə rəvac verir və başın keçəlləşmiş yerlərində sıx saçlar bitir. "Xortdan adam" sindromu çox nadir hallarda yaşanır və son 3 əsrdə cəmi 50 insanda qeyd alınıb. Belə insanlardan biri Taylandad yaşayan 11 yaşlı Sutpatra Sasupandır. O, dünyanın ən tüklü uşağı kimi Ginnesin Rekordlar Kitabına düşüb. |