www.nice.az > Ordan-Burdan > Yol gedirəm
Yol gedirəm18 iyun 2011. Müəllif: Ayla_girl |
Yol gedirəm Enişli-yoxuşlu, dərəli-təpəli, izsiz-cığırsız, Bütün insanlardan, oxucularımdan, Yorulmuşam... uzaq olmaq üçün, Sakit və səssiz bir səhra qoynunda iki gündür yol gedirəm. Təbiətin gözəlliyi üz döndərib bu səhradan, İnsanlar da! Sürgün olmuş ümidlərin, arzuların məskənidir bu, səhra. Bir qəribəm bu səhrada, qərib kimi gəlmişəm, qərib kimi yol gedirəm. Yüküm kitablarım, birdə beynimdəki düşüncələrim, Hər şeyi unudub, silib ataraq, Bəlkə də saf, bəlkə də rahat olmaq üçün gəlmişəm bura! Sanki cansız bir bədəninsahibi kimi dinməz-söyləməz yol gedirəm. Bilirəm bu yolun sonu bilinmir, Səhra qoynunda haldan düşərək, Uzanıb qalacam, gözü yumulu, Örtəcək üstümü qum dənələri, Məhv olacam bir gün, Bütün bunları bilsəm də yenə, dayanmıram yol gedirəm. Yaşayıb yaratdım, Çevirdim sözlərə xəyallarımı, Oxuyub sevdilər sölərimi, Fərq etməz onlara mən varam, ya yox... Əsas sözlərim yaşayacaqdır, Düşünüb bunları, ruhdan düşərək, Qərara aldım ki... yol gedirəm. Qoyub kitabları səhra qoynuna, Sanki dəfn edirəm xəyallarımı, Sarı qum dənələri örtür üzlərini kitablarımın, Əsən rüzgara verib düşüncələrimi, yola salıram, Yumub gözlərimi rahat olaraq, Arxayın-arxayın yol gedirəm. Bu yolun əvvəli sonudur demə, Bu yolun sonu da əvvəli imiş, İki ölüm var; ruhən və mənən Mən mənən ölüyəm, Ruhən ölmək üçün seçdim bu yolu, Kimsəsiz, sahibsiz səhra qoynunda Ölümün üstünə yol gedirəm... |