www.nice.az > Ordan-Burdan > Uşaq ikən gəlin olanlar
Uşaq ikən gəlin olanlar16 iyun 2011. Müəllif: hebibi_p |
Dünyada hər il 12 milyon qız yetkinlik yaşına çatmamış zorla ərə verilir. Onlar oynamaq, oxumaq, uşaqlıqlarından həzz almaq istəsələr də, arzuları gözlərində qalır. Çünki bu qızlar 5-6 yaşlarında ərə verilirlər. "Hər dəfə onu görəndə gizlənirəm. Ona nifrət edirəm", - 6 yaşlı Təhani deyir. O, 5 yaşı olanda 25 yaşlı Məcitdə ərə verilib. Təhaninin rəfiqəsi Qəda da ərdədir. Qədanın 6 yaşı var. Təhani və Qəda Yəmənin Həcaa şəhərində yaşayırlar. Yəmənlə yanaşı, Seneqal, Əfqanıstan, Efiopiya, Hindistan və başqa ölkələrdə də azyaşlı qızların ərə verilməsi az qala adi hal sayılır. Çox hallarda isə bu qızcığazlar oğurlanır, qaçırılır, təcavüzə məruz qalırlar. Təcavüzkar isə sonra "mən onunla evlənirəm" deyərək yaxasını cinayət məsuliyyətindən qurtara bilir. Eyni zamanda, belə nikahların əksər hissəsi ailədə əlavə işçi qüvvənin əldə olunması və ya qan düşmənçiliyinin yatırılması üçün vasitə qismində olur. Hindistan qanunvericiliyinə görə, 18 yaşına çatmamış qızların ərə getməsi qadağandır. Fəqət, ölkənin əyalətlərində 4-5 yaşlı qızların da toyları olur. Fikirlərinizi bildirin...! |