www.nice.az > Ordan-Burdan > İsti yay günləri üçün məsləhətlər

İsti yay günləri üçün məsləhətlər


28 may 2011. Müəllif: persiangirl
İsti yay günləri üçün məsləhətlər


Yay günlərinin başlanması ilə artan havanın istiliyi bir sıra sağlamlıq problemlərini də özüylə gətirir. İstilik və rütubətin artması ilə əlaqədar olaraq bədən temperaturu artır və maddələr mübadiləsi bu yeni vəziyyətə uyğunlaşmağa çalışır. Orqanların oksigenlə təmin olunmasında problemlər, ürək çırpıntılarının sayı və qan təzyiqindəki artım səbəbiylə yay aylarında xüsusilə yüksək təzyiq, ürək çatışmazlığı artmaqdadır. Yay aylarında, xüsusilə uşaqlarda ishal halları çoxalır. Bütün bunlarla yanaşı, yay aylarında qidaların xarab olması və qidadan zəhərlənmələr artır.

1) Nahar yeməyi qidanın əsasını təşkil edir. Yay aylarında yeyiləcək naharda azyağlı pendirlər, zeytun və göyərtilər olmalı, kafein tərkibli içkilər yerinə süd, meyvə suyu, itburnu kimi bitki çayları seçilməlidir.

2) Yay aylarında bədən müqavimətini artırmaq və vücuda lazımi miqdarda vitamin və mineral qəbulunu təmin etmək üçün göyərti və meyvə növlərindən istifadə etmək önəmlidir. Gündə ən az 5 dəfə göyərti və meyvə qəbulu lazımlıdır.

3) Qan şəkərini sürətlə qaldıran və sürətlə azaldan qidaların seçilməsinə diqqət yetirilməlidir.

4) Enerjisi yüksək olan xəmir şirniyyatları yürinə südlü, meyvəli şirniyyatlar və dondurma kimi şirniyyatlar yeyilməlidir.

5) Tərləmə ilə artan maye və mineral itkisinin qarşısının alınması önəmlidir. Bunun üçün lazımi qədər maye qəbul edilməlidir. Gün ərzində 2-2,5 litr su içmək lazımdır. Ayran və meyvə suyu kimi içkilərin seçilməsi təqdir ediləndir.