www.nice.az > Ordan-Burdan > Sonu Bəlli !

Sonu Bəlli !


29 may 2011. Müəllif: GATTAKA
Sonu Bəlli !

Adətdir bu:
Göz gözləyər
Dil söyləyər
Qulaq eşidər
Ayaq gedər
Oğlan sevər
Qız naz edər

Qanundur bu:
Konstitusiya maddələri
Hamı üçün qanun deyil
Varlıların uşaqları
Qanunlara tabe deyil

Zövq başqadır:
Şəhər, rayon məsələsi
Adət, dəyər, mentalitet
Firma, bahalı etiket
Blackbery, Ipod2

Pulun gücü:
Bilək gücü lazım deyil
Qeyrət, namus, bakirəlik
İntim hisslər, hamiləlik
... Böyüyür uşaqlar SOS'da
Ata fahişəylə yataqda
Soyuq otağı isti edir.
Ana discoda, barda
Kişiləri meyxoş edir.

Sonu bəlli:
İrəlilər olur geri
Saatlara məhkum günlər
Yaxşı gələcək yoxdu
Ləkə tutub tüm talelər
Valideyn silahıyla
Məhv edilir gələcəklər
Nəşə, spirt, silahlar
... hazırdı yeni qəddarlar !