www.nice.az > Ordan-Burdan > İldə 500 min qızın öldürüldüyü ölkə hansıdır.?

İldə 500 min qızın öldürüldüyü ölkə hansıdır.?


21 may 2011. Müəllif: NiXaTo
İldə 500 min qızın öldürüldüyü ölkə hansıdır.?

Son 20 ildə Hindistanda abort və doğuşdan sonrakı baxımsızlıq nəticəsində təxminən 10 milyon qız dünyasını dəyişib.

"British Medical Journal"ın apardığı tədqiqatların nəticələrinə görə, qızla müqayisədə oğlana üstünlük verilməsinin ənənə olduğu Hindistanda qadınlar hamiləlik zamanı ultrasəs müayinəsindən keçir və bu zaman bətnlərində qız olduğunu biləndə əksər hallarda aborta əl atırlar.


Yaşanan proseslər isə Hindistanda qeyri-adi gender disbalansı yaradıb. Nəticədə ölkə əyalətlərində və kəndlərdə minlərlə gənc özlərinə gəlin tapa bilmir.

Abortlar və hamiləliyin zorla dayandırılması nəticəsində Hindistanda ildə 500 min qız öldürülür.

Dünya ölkələrinin tam əksəriyyətində qadınların sayı kişilərlə müqayisədə çox olsa da, bu ilin əvvəlindən bəri Hindistanda dünyaya gəlmiş hər 1000 oğlanın payına 993 qız düşüb.

Hələ də aqrar ölkə olaraq qalan Hindistanda əhali arasında qızın ailə üçün "əlavə yük" sayılması ilə bağlı təsəvvürlər çox güclüdür.