www.nice.az > Ordan-Burdan > Toylara salınan pul

Toylara salınan pul


18 may 2011. Müəllif: GATTAKA
Toylara salınan pul

Deyirəm indi Vallah toylara getmək də artıq problem olub.Tək getsən gərək aşagısı heç olmasa 50 manat pul salasan.Əgər ayda 2 toya getsən onda gərək maaşının yarısını qoyasan orda.Tək də getmək olmur.Gərək ailənin bütün üzvləri ilə gedəsən.Qohum toyudur axı,yaxşı çıxmaz.Sonra deyərlər filankəs gəlmədi.
Hələ geyinib keçinməkdən danışmıram.Qadınların xərci lap çox çıxır.Paltarı,saç düzümü,makiyajı, manikürü.Kişilər də isə bi o qədər də problem deyil.Çünki təkcə kostyum ilə kifayətlənirlər.Əvəzində isə bütün xərclərdə elə onların boynuna düşür.
Nə isə,təki həmişə şadlıq olsune.Amma bir az israfçılıqdan da uzaq qaçmaq lazımdı.Süfrəyə də o qədər yerli-yersiz təamlar doldururlar ki,sonra da deyirlər menyu nə bilim 50 manatlıqdı,70 manatlıqdı.İndi pulun varsa gəl adambaşı 50 manat olan süfrədə,mədənin tutduğu 10 manatlıq təamın pulunu ver.


Bəs siz keçirilən toylara münasibətiniz necədi? Salınan pullara və süfrəyə düzülən təamlara fikrinizi bilmək istərdim????