www.nice.az > Ordan-Burdan > Məzəli hekayələr

Məzəli hekayələr


10 may 2011. Müəllif: hebibi_p
Məzəli hekayələr

Aparmaz ki...
Molla arvadı ilə gölə paltar- palaz yumağa gedir. Bunların başı qarışır, bir qarğa sabunu götürüb uçur. Arvad görüb qışqırır:
- A kişi, qoyma! Qarğa sabunu apardı. Molla deyir:
- Görmürsən yazığın üst- başı qapqaradır. Niyə qoymuyum? Lazım olmasa aparmaz ki…


Məzəli hekayələr



Özün ye!
Bir gün Molla qızarmış toyuq yeyirmiş. Bir nəfər bunu görüb Mollaya yanaşır ki:
- Molla, ondan bir az da mənə ver! Molla deyir:
- Mənim deyil, arvadımındır.
- Ind ki, sən yeyirsən?
- Mən yeyəndə nə olar? Verəndə tapşırıb ki, heç kəsə vermə, özün ye!