www.nice.az > Ordan-Burdan > Qızlara aid Atalar sözləri və Məsəllər

Qızlara aid Atalar sözləri və Məsəllər


6 may 2011. Müəllif: fidaska
Qızlara aid Atalar sözləri və Məsəllər

1. Qızını döyməyən dizini döyər.

2. Anası tərifləyən qızın qiyməti olmaz.

3. Qızı özbaşına buraxsan ya halvaçı tapar, ya da zurnaçı.

4. Anasına bax qızını al.

5. Atasına oxşayan qız xoşbəxt olar.

6. Anası gəzən ağacı qızı budaq-budaq gəzər.

7. Qeyrətsiz oğuldansa kor qızım olsa yaxşıdır.

8. Qızı kimə ərə versən udarsan.

9. Qız qapısı şah qapısı.

10. Qızım sənə deyirəm, gəlinim sən eşit.

11. Qonşum qonşu olsa kor qızım ərə gedər.

P.S: Bəs siz qızlara aid hansı atalar sözü bilirsiniz?