www.nice.az > Ordan-Burdan > Saxta sep

Saxta sep


1 may 2011. Müəllif: DAN ULDUZU_
Saxta sep

Bilirəm, adətən uzun yazıları heç kim oxumur..amma bu yazı mənə çox təsir etdi, ona görə sizinlə bölüşmək istədim.
Bu xəbəri oxumuyub yalnız "təşəkkür" yazıb çıxmaqdansa heçnə yazmasanız yaxşıdı.

15 yaşlı cavan oğlan avtobusa mindi,görəndə ki yerlərin hamısı boşdu sevincinin həddi yox idi.O pəncərənin önündə yerini rahatladı,axı sona kimi getməli idi.
Avtobus yola düşdü və 20 dəqiqədən sonra artıq bütün yerlər tutulmuşdu.Oğlan pəncərədən çölə baxır,musiqi dinləyirdi.Birdən yaşlı bir qadın onun çiyinlərinə toxundu:Utanmırsan,sənin yaşda olanda mən böyüklərə yer verirdim.Başqaları da ona qoşuldu:Qoca qadın ayaq üstə qalıb,bu da necə özünü saymazyana aparır.
2-3 dəqiqədən sonra bütün avtobus artıq oğlanın üstünə düşmüşdü.Oğlan buna dözmədi və dedi:Yaxşı mən duracam,amma bu yerdə öz sözlərindən utanmayan biri otursun.Bu sözlər avtobusdakıları şoka saldı,onlar lap hiddətləndilər.Oğlan isə sakitcə oturacağın altından qoltuqağaclarını çıxardı-əvvəl birini,sonra a o birini.Heç kimə bir söz demədən onlara söykənərək dayandı.
Hər kəs susdu.Axı heç kimin ağlına gəlmirdi ki,belə ola bilər...hətta onun ayağına bütün yol boyu qəsdən tapdalayan yaşlı qadın da yalnız indi başa düşdü ki oğlan niyə reaksiya vermirmiş.Sonuncu dayanacağa qədər oğlan sakitcə qoltuq ağaclarına söykənərək durdu,avtobusdakılar isə susdu.Oğlana çətin idi,amma bir şey ona güc verirdi-onun yeri boş qalmışdı,orda oturmağa heç kim cürət etmirdi
Bir gün bir qadinin yoldaşını iş görüşməsinə dəvət edirlər. Hər kəs həyat yoldaşı ilə gələcəkdi.
O da öz həyat yoldaşını aparmaq istəyirdi. Həyat yoldaşı isə
- Mənim gözəl paltarım yoxdur dedi nə geyinəcəyəm ki...
...Yoldaşı biraz dar gün üçün yığdığı pulu xanımına verdi özünə paltar al dedi.
Qadın o gün üçün çox gözəl bir paltar almışdı.... amma ki, onda çatışmayan nəsə vardı... bu geyimə əlavə olunacaq qızıl taxmaq.
amma nə etsin belə bir qızılı yox idi.
Bir rəfiqəsi vardi, onun gözəl sepləri bilərsizkləri vardı. gedim ondan istəyim dedi, sadəcə 1 günlük.
Qadının rəfiqəsi bütün zinət əşyalarını tökdü qadının qarşısına:
- seç, hansını istəyirsən tax, sənə qurbandır dedi...
Qadın ən gözək bir vardı, məhz onu seçdi... çox gözəldi.. qızıl sep üzərində brilyant qaşlar və bütün dəstləri ilə bir yerdə
- Buyur götürə bilərsən dedi rəfiqəsi.
Qadın o zinət əşyalarını taxdı, gözəl geyiminə dahada gözəllik qatdı.
Həyat yoldaşı ilə o yeməyə qatıldılar. Hər şey gözəl keçmişdi.
Evə döndüklərində... qadın birdən əlini sinəsinə atdı... o bahalı sep yox idi.
Bütün yeri axtardılar. gəldiyi yolu 4-5 dəfə gedəb qayıtdılar, hər yerə baxdılar amma o sepi tapa bilmədilər...
Ağladı qadın... axı rəfiqəsinin dir, axı onu geri qaytarmaq lazımdır...
Səhərə qədər yata bilmdəilər. Səhər yoldaşı bankdan kredit götürüb o bahalı sepi yeniden aldılar... çox bahalı idi..
Sepi refiqəsinə qaytardı, rəfiqəsi isə heç sepə baxmadan onu yerinə qoyub, qadından görüşün necə keçdiyini soruşdu...
Aylar keçdikcə krediti vaxtı vaxtında qaytara bilməmək onları daha da müflüs etdi.. Evlərini satıb borclarını ödəyib kirədə qalmağa başladılar.
Daha sonra qadında işləməyə başladı... onun bunun paltarını yuyaraq azda olsa qazanmağa başaladı...
Əllərı qabar olmuş, əvvəlki gözəllikdən bir şey qalmamışdı, sanki bu 1 il içində O qadın 10 il qocalmışdı.
Ordan köçdüyü üçün rəfiqəsini 1 ildir görmürdü..
1 gün yolda qarşılaşanda...
- Nigar sənə nə olub, niyə bu hala düşmüsən, səni nə qocaldın belə... sən ki çox gözəl qız idin deyə soruşdu rəfiqəsi..
Nigar başından keçən hər şeyi danışdı rəfiqəsinə...
Nigar danışdıqca şoka düşən rəfiqəsi sonda
- AYDAAAAAAAAA ola bilməz!!! Sən nə etmisən NİGAR???? O sep. saxta idi. mən onu 200 dollara xaricdən saxtasını almışdım, orjinalı çox baha olduğu üçün...
Bunu eşidəcək Nigar... ağlamağın şokundan bilmədi rəfiqəsinimi boğsun, yoxsa özünü?
Bir anlıq diz çökdu və hönkürtü ilə ağladı.
Bir saxta sep üçün illərini, gözəlliyini və xoşbəxtliyini itirdi!