www.nice.az > Ordan-Burdan > Dostluq müxtəlif cür olur...

Dostluq müxtəlif cür olur...


28 aprel 2011. Müəllif: fidaska
Dostluq müxtəlif cür olur...

Üz-üzə dostluqlar var - Günəşlə günəbaxanın dostluğu kimi. Günəbaxan bütün günü üzünü Günəşdən ayırmır, ta ki Günəş batana kimi...

Uzaq dostluqlar var -
dənizin ortasındakı tənha ada ilə dağların qoynundakı gölün dostluğu kimi. Sevgilərini gündüz quşlarla, gecə ulduzlarla göndərərlər bir- birinə...

Səssiz dostluqlar var - kor insanların əllərinin dostluğu kimi. Sevgilərini yalnızca əlləri ilə bildirərələr bir- birinə...

Məcburi dostluqlar var - bazarla, bazar ertəsinin dostluğu kimi. Bir - birinə uygun gəlməsələr də məcburdurlar yanaşı olmaya...

Uzanan dostluqlar var - axşamla günəş altında yatan kölgənin dostlugu kimi. Günəş batdıqca aralarındakı məsafə daha da uzanır...

Nə vaxtsa bitəcək dostluqlar var
- taxta evlə qoz agacının dostlugu kimi. Ne vaxtsa insanların onların yerində daş evlər tikəcəyini bilə-bilə sevirlər bir- birini...

Vaxtsız dostluqlar var - gözlə göz yaşının dostluğu kimi.

Bir dəə...

Yetim dostluqlar var - bir telefon zənginə, bir parça məktuba həsrət qalan dostluqlar....

Dostluq mənim fikrimcə ilahi hissdir. Əgər Sənin dostun varsa, sən özünü xoşbəxt insan hesab edə bilərsən...