www.nice.az > Ordan-Burdan > Dostluq

Dostluq


28 aprel 2011. Müəllif: DAN ULDUZU_
Dostluq

Müharibənin ən qanlı gülərindən biri idi.
Əsgər ən yaxşı dostunun bir az irəlidə qanlar içində yerə yıxıldığını gördü.
Hər tərəfdən güllə yağışı yağırdı.Əsgər komandirin yanına qaçdı:
-Komandir,qaçıb dostumu alıb gələ bilərəm?
Komandir tərs-tərs ona baxdı.Sanki``dəli olmusan`` dedi
-Getməyə dəyərmi?Dostun dəlik-deşik olub.Böyük ehtimalla ölmüşdür.Öz həyatınıda
təhlükəyə atma.
Əsgər təkid etdi:
Komandir:
-Yaxşı, get,-dedi.Əsgər o qorxunc güllə yağışının altına özünü dostuna yetişdirdi
Onu çiyninə aldı,qaça-qaça geri qayıtdı.Birlikdə səngərin içinə yuvarlandılar
Komandir ,qanlar içindəki əsgəri müayinə etdi.Sonra onu səngərə daşıyan dostuna baxdı
-Sənə həyatını təhlükəyə atma,dəyməz demişdim.Bax haqlı çıxdım.Artıq Ölüb
Əsgər hıcqıraraq:
-Dəydi, komandir!-dedi.Yenədə dəydi,çünki yanına çatanda sağ idi.
Onun son sözlərini duymaq dünyaya dəyərdi mənim üçün
Son sözü bilirsinizmi nə oldu?


GƏLƏCƏYİNİ BİLİRDİM,GƏLƏCƏYİNİ BİLİRDİM!