www.nice.az > Ordan-Burdan > Botoksu tərk edən məşhurlar
Botoksu tərk edən məşhurlar20 aprel 2011. Müəllif: persiangirl |
![]() 43 yaşlı Oskar mükafatlı aktrisa Nicole Kidman bir Alman jurnalına verdiyi müsahibəsində botoks etdirdiyini etiraf etmiş, amma nəticələrindən məmnun qalmadığı üçün botokstan imtina etdiyini söyləmişdi. 41 yaşlı məşhur aktrisa Jennifer Aniston da 2009-cu ildə bir dəfə botoksdan istifadə etdiyini etiraf etmiş, amma bunu yaxşı bulmadığını, qadınları daha yaşlı göstərdiyini ifadə etmişdi. Dannie Minogue:"Əvvəllər edirdim amma artıq etmirəm"deyir. Amanda Holden 8-9 aydır ki, botoks istifadə etmədiyini söylədi və əlavə etdi "Botoks istifadə edən hər kəs mənə eyni görünür". Kylie Minogue botoks istifadə etdiyini,amma artıq yanına belə yanaşmayacağını söyləyib. 62 yaşlı müğənni Lulu: "Botoks istifadə etdim və ilk başlarda çox bəyəndim. Ancaq sürətlə təsirini itirir. Artığı isə üzünüzü hərəkət etməz hala gətirir. Yəni sizi gənc göstərmir. Buna görə buraxdım" dedi. 44 yaşlı super model Cindy Crawford, "Botoksu yoxlamışdım amma məni ürküdür" demişdi. Hollywoodun ən gözəl üzlü aktrisalarından olan Angelina Jolienin alın bölgəsinə botoks etdirdiyi iddialar arasındadır. Ancaq gözəl ulduzun dolğun dodaqları təbiidir. Burnunu düzəltdirən Cameron Diaz 'ın üzünə botoks etdirdiyi ifadə edilir. 52 yaşında olan Madonnanın tez-tez botoks etdirdiyi də deyilir. 35 yaşlı Ben Affleck 'ın alnına və göz ətrafına botoks etdirdiyi iddia edilir. Catherine Zeta Jonesin ən çox şikayət etdiyi mövzu isə göz ətrafındakı qırışıqlardır. Jonesin bu problemdən xilas olmaq üçün botoks etdirdiyi bilinir. 65 yaşlı məşhur oyunçu Michael Douglasın gənc qalmaq üçün botoks üsuluna əl atdığı deyilir. |