www.nice.az > Ordan-Burdan > Xalq inancları
Xalq inancları11 aprel 2011. Müəllif: sevgidolukalbim |
![]() İnsanın yatış tərzi haqqındakı inanclar: İnsanlar 4 formada yatırlar: 1.Üləmalar, əsil-nəcabəti olan adamlar- arxası üstə yatırlar. 2.Mömün adamlar- sağ böyrü üstə yatırlar. 3.Həkimlər sol üzü üstə yatırlar ki, yedikləri tez həzmə getsin. 4.Bəd xasiyyətli adamlar üzü üstə yatmağı sevirlər. Saç qırxdırmaq günləri haqqındakı inanclar: *Təzə ayın 2-də saç kəsdirsən yaxşı əlamət sayılır. *Ayın 5-də sənə şadlıq və sevinc üz verər. *Ayın 7-də adamın mənfəəti olar. *Ayın 9-da arzun həyata keçər. *Ayın 10-da xeyirxahlıq görərsən. *Ayın 12-də hörmət sahibi olarsan. *Ayın 14-də şadlıq olar. *Ayın 15-də hörmətlə qarşılaşarsan. *Ayın 19-da səmimilik olar. *Ayın 20-də gələn bəlalardan uzaq olarsan. *Ayın 26-da halal qazanca yetişərsən. *Ayın 30-da evində həyat yoldaşın tərəfdən istəkli olarsan. Müxtəlif inanclar: *Qeyri-qanuni uşaq doğulduqda, həmin uşaq anadan olan kimi əsib-titrəməz, səsi çıxmaz, ağlamaz. *Ay tutulanda yerə bəla gələr. *Burnu əyri, gözündə xalı olan adam hiyləgər olar. *Burnu dik olan adam məğrur olar və ucalıq sevər. *Boyu uzun, ayağı böyük olan adam çox vaxt düz adam olmaz. *Günəş batarkən qırmızı rəngdə olması ilə yerə gələn bəlanı qovur. *Qaşlarının arası enli və tüksüz olan adam adətən xeyirxah olar. *Səfərə gedərkən yolun qiblə səmtinə düşmürsə, onda həyətindən çıxmamış 6 addım qiblə səmtinə addımladıqdan sonra səfərə çıx. Belə etsən səfərin uğurlu olar. Siz bunlardan hansılara inanırsız? |