www.nice.az > Ordan-Burdan > Biq Ben
Biq Ben7 aprel 2011. Müəllif: Ice |
![]() Biq Ben - Londonda (Böyük Britaniya) yerləşən zəngli saat qülləsidir. Vestminster saray kompleksinin bir hissəsidir. 13,5 tonluq 5 ədəd zəng çanağına malik bu saatın səsini xalq arasında "Britaniyanın səsi" adlandırırlar. Biq Ben Britaniyanın fəxri və rəmzi sayılır. Biq Beni bəzən Müqəddəs Stefan qülləsi də adlandırırlar. Qüllə 1858-ci ildə tikilmişdir. Qüllədəki saat isə 11 iyul 1859-cu ildə işə salınmışdır. Qüllənin hündürlüyü 61 metrdir. Saat yerdən 55 m hündürlükdədir. Siferblatının diametri 7 m, əqrəblərinin uzunluğu 2,7 və 4,2 m-dir. Biq Benin memarı Çarlz Berri Oqastes Uelbi Pyucindir. "Qotika" üslubunda tikilmişdir. Qüllənin dörd tərəfindəki hər siferblatın üzərində latın dilində "Domine Salvam fac Reginam nostram Victoriam primam", yəni "Tanrı kraliçamız I Viktoriyanı qorusun" sözləri yazılmışdır. Saatın sağ və sol tərəflərində, qüllənin üzərində latın dilində "Laus Deo", yəni "Tanrıya şükür" sözləri həkk olunmuşdur. ![]() "Biq Ben" adı əvvəllər qüllədəki Böyük zəngi ifadə etsə də hazırda həm qülləni, həm də saatı və zəngi birlikdə ifadə edir. Adın mənşəyi barəsində 2 əsas fərziyyə mövcuddur: 1. Böyük zəngin hazırlanmasına nəzarət edən Ser Bencamin Holun şərəfinə; 2. 1857-ci ildə sonuncu dəfə rinqə çıxmış məşhur ağırçəkili boksçu Bencamin Kauntun şərəfinə. |