www.nice.az > Ordan-Burdan > İbrətamiz şer

İbrətamiz şer


4 aprel 2011. Müəllif: Sparrow
İbrətamiz şer

İbrətamiz şer

Heç kəs mənəm-deyib şeşələnməsin,
Yanan ocaqların sönən vaxtı var.
Ömürlük səmada quş da dayanmaz,
Onun da göylərdən enən vaxtı var.

Qaynayıb-coşanda, aşıb-daşanda,
Sərhəddi keçəndə, həddi aşanda,
Fələyin yanına yaxınlaşanda,
Təkərin geriyə dönən vaxtı var.

Az ötən günləri say Vətənoğlu,
Ömürdən yadigar qoy Vətənoğlu,
Dünya belə qalmaz ay Vətənoğlu,
Yoxsul ocağının yanan vaxtı var!

Hikmət dolu şe'rlərin müəllifi olan Bəhmən Vətənoğlunun ən sevilən şe'rini sizlərlə paylaşıram.
Əldə olunan müvəffəqiyyətlərə görə özümüzdən razılıq etməkdənsə, bunu bizə bəxş edən Allaha minnətdar olmalıyıq ki, bu mövqeyimizi itirməyək.