www.nice.az > Ordan-Burdan > Boynu Masaj Edən Yastıq
Boynu Masaj Edən Yastıq2 aprel 2011. Müəllif: Sparrow |
Boynu Masaj Edən Yastıq Tez-tez səyahət edən bəzi insanlar səfər zamanı rahat yatmaq üçün özləri ilə xüsusi yastıq gəzdirirlər. Bunu nəzərə alan dizaynerlər ∓ Jung Hwan Song və Joo Young You Digital Neck Pillow adlı elektron yastıq konsepti irəli sürüblər. Bu konseptual yastığın başlıca özəlliyi ondan ibarətdir ki, o, boyunaltı yastıq (və ya mütəkkə) rolunda çıxış edərək sərnişinə hətta oturaq vəziyyətdə belə tam rahatlamağa imkan verir. Digital Neck Pillow Elektron Yastığının Başlıca Funksiyaları Qızdırıcı funksiya ∓ istilik boyun və baş nahiyəsinə yayıldıqca daha tez və rahat yuxuya getmək mümkün olur; Massaj funksiyası ∓ yastıq səyahətçinin boynunu massaj edərək ona bütün günün stresini atmaqda yardımçı olur; Audiopleyer ∓ daxilə quraşdırılan audiopleyer musiqini istirahət eynəyinə bərkidilmiş qulaqlıqlara ötürür; Eynək ∓ gözünüzü gün işığından qorumaqla yanaşı, qapalı göz qapaqlarınıza xüsusi işıq siqnalları göndərərək sizə daha dərin yuxuya getməkdə yardımçı olacaq. Axı məhz bu fazada insan öz gücünü yenidən maksimal şəkildə bərpa edə bilir. |