www.nice.az > Ordan-Burdan > Ətirlərdən istifadə qaydaları
Ətirlərdən istifadə qaydaları27 mart 2011. Müəllif: persiangirl |
Qadın daima gözəlliyə can atır, istənilən yaşda o cavan, cəlbedici görünməyə çalışır. Qadın cazibədarlığını eleqant paltarlar, gözəl bədən quruluşu,incə gülümsəmək təmin edir. Xanımın xarici görünüşünün son cizgisi ustalıqla seçilmiş ətirdir. Ətri təkcə dəbdə olduğuna görə almaq ağılsızlıqdır. Aldıgınız ətir sizə uyğun gəlməyə də bilər. Əgər ətri düzgün seçmisinizsə onu səhərdən axşama qədər istifadə etmək yersizdir, çünki bu yolla nə sizin, nə də ətrafinızdakıların əhvalı dəyişməyəcək. Sadə və yüngül ətirlər gündəlik istifadəyə, mürəkkəb ətirlər isə ziyafət və axşam görüşlərinə yararlıdır. Bəzi tualet suyu və ya adekolonu hətta gecə də vurmaq olar. Ancaq bir ətirdən istifadə edən qadın dəbdən geri qalmış sayılır. Buna görə də ətri fəsillərə görə dəyişmək lazımdır. Ətir alarkən onun iyini yoxlamaq üçün flakondan bir damci biləyinizə vurub yayın. Hətta ətri xoşunuza gəlsə belə onu almağa tələsməyin. Ətir dəyişə bilər və hətta alergiyaya meyllisinizsə sizdə əks reaksiya yarada bilər. Həm də almaq istədiyiniz ətir yoldaşınızın xoşuna gəlməyə də bilər. Ətri iri flakonda almaq məsləhət deyil. Çünki bir müddət sonra ondan bezə bilərsiniz. Ətri işıqdan kənar yerdə saxlamaq lazımdır. Ətrə qənaət etmək məqsədəuyğun deyil, çünki istifadə olunmayan ətrin tərkibi dəyişə bilər. Ətri parça və ya kürkə deyil yalnız dəriyə vurmaq lazımdır. Ətri vurmaq üçün ən uyğun nahiyələr qulağın arxası, sırğalıq hissə, boğazdakı dəlik, bilək, döşarası və qolun bükülən hissələridir. Başqalarından gələn ətri almağa tələsməyin. Ola bilər başqasında bəyəndiyiniz ətir sizə uyğun olmasın. Həmişə eyni ətirdən istifadə etməyin. |