www.nice.az > Ordan-Burdan > Maraqlı hekayə

Maraqlı hekayə


26 mart 2011. Müəllif: SERENA
Maraqlı hekayə



Yaşlı bir adama küçədə gedərkən velosiped çarpmış və yüngül yaralanmış.
Ətrafdakılar xəstəxanaya aparmışlar.

Tibb bacıları, rentgen çəkərək hər hansı bir qırıq və ya çatlaq olub olmadığını araşdıracaqlarını söyləmişlər.

Yaşlı adam narahatlanmış; "tələsdiyini və rentgen istəmədiyini" söyləmiş.

Tibb bacıları maraqla niyə tələsdiyinin səbəbini soruşmuşlar.

yoldaşım hüzur evində qalır. Hər səhər onunla birlikdə yemək yeməyə gedirəm gecikmək istəmirəm" demiş.

Tibb bacısı yoldaşınıza xəbər çatdırarıq gecikəcəyinizi söyləyərik" deyincə;

Yaşlı adam kədərli bir ifadə ilə:

"Çox təəssüf ki arvadım Alzheimer xəstəsidir heç bir şey anlamır, hətta mənim kim olduğumu da bilmir" demiş.


Tibb bacıları heyrətlə:

"Madam sizin kim olduğunuzu bilmir niyə hər gün onunla yemək yemək üçün tələsirsiniz?" deyə soruşmuşlar.

Adam cavablandırmış:

"Amma mən onun kim olduğunu bilirəm" .