www.nice.az > Ordan-Burdan > Qələm Yazdığı İstənilən Mətni Yadda Saxlayır

Qələm Yazdığı İstənilən Mətni Yadda Saxlayır


24 mart 2011. Müəllif: Sparrow
Qələm Yazdığı İstənilən Mətni Yadda Saxlayır

Qələm Yazdığı İstənilən Mətni Yadda Saxlayır

Bəzi orijinal konseptlərə nəzər saldıqda düşünürsən ki, nə üçün belə sadə bir ideya sənin ağlına gəlməyib?! Belə konseptlərdən biri də portuqal dizayneri Filipe Limanın işləyib hazırladığı Rollpen elektron qələmidir.

Qələmin Özəlliyi Nədədir?

İdeya sadə olduğu qədər də, gözəldir. İstifadəçi adi qələmlə olduğu kimi, eynən bu konseptlə də kağız üzərində yaza bilər. Sadəcə, bu elektron qələmin özəlliyi odur ki, o, yazdığı mətni öz yaddaşında saxlayır.

Rollpen İnternetə Də Qoşula Bilir
Bundan əlavə, qələmin daxilində internetə qoşulmağa imkan verən simsiz modul da yerləşdirilib. Başqa sözlə, bu qurğu ilə yazılmış mətni, ehtiyac olarsa, hətta onlaynda da nəşr etmək olar.
Qələmdən Necə İstifadə Etməli?
Qələmi idarə etmək üçün onun korpusundakı kiçik sensor displeydən istifadə olunur. Bu ekranın minimal funksiyaları olsa da, ümumilikdə, Rollpen-in belə geniş imkanları hər bir istifadəçini sevindirəcək.