www.nice.az > Ordan-Burdan > Həyat, zaman yoxsa biz dəyişdik?
Həyat, zaman yoxsa biz dəyişdik?7 mart 2011. Müəllif: hebibi_p |
Gün gələcək Ali varlıq saydığımız insan arsızlaşacaq, hər şey adiləşəcək (Rene Dekart) Bizlər ali varlıq... Adiləşdirdikmi hər şeyi? həqiqətən insanlar niyə zövq alma qabiliyyətlərini itirməkdədirlər?!.. İnsanlar zamanı günahlandırdı.. "O dəyişdi bizləri" söyləntisi hər gün daha da artmaqdadır. Nə və kim dəyişdirdi bizləri.. Ətraf mühit, zaman, həyat, hər gün artan tələbatlar yoxsa nə? Bugun eynicinslililər arasında qurulan nigahlara normal baxılırsa və qəbul ediriksə, kişinin dünyaya uşaq gətirməsi insanları artıq təəccübləndirmirsə, qadın alveri adiləşməyə doğru gedirsə, kimləri günahlandıraq? Bir gün həyat yoracaq insanları (Henrix Heyne) Həyatımız asanlaşdı.. Texnologiya, hər gün yenilənən informasiya insanların daha da təmbəlləşməsinə, oturaq həyat sürməsinə səbəb oldu. Yorulduqmu? Zamanın sanki uçması, gecə ilə gündüzün necə keçdiyinin bilinməməsi passivləşdirdi.. İnsanla heyvan müqayisə olunacaq, nəticədə heyvan daha üstün olacaq. (Frensis Bekon) Bugün bu fikirə haqq qazandırmaq olarmı? havada uçuşan təhqirlər, hörmətsizləşmək üçün hər şey etmək, bir-birilərini məhv etmək dərəcəsinə çatdırmaq... Həyat, zaman yoxsa biz dəyişdik? |