www.nice.az > Ordan-Burdan > Vafli
Vafli24 mart 2011. Müəllif: ayorxannur |
![]() Vafli Yumurtanın sarısını da həmin üsulla şəkər tozu ilə birlikdə qarışdırın. Qarışdırdığınız yumurta ağına qalan ərzaqları - südü, yağı, qabartma tozunu, qalan vanili, duzu, yumurta sarısını əlavə edin və yenidən qarışdırın. Tərkibi: * 2 ədəd yumurta; * 1 çay qaşığı duz; * təxminən 1,5 stəkan un; * 1,5 stəkandan bir az süd; * 1 yemək qaşığı şəkər tozu; * 1/4 stəkan maye yağ; * qabartma tozu və vanil (hər ikisindən bir paket). Hazırlanması: Yumurtaların ağı ilə sarısını ayırın. Vanilin yarısını yumurtanın ağı ilə birlikdə ağarana qədər qarışdırın. Yumurtanın sarısını da həmin üsulla şəkər tozu ilə birlikdə qarışdırın. Qarışdırdığınız yumurta ağına qalan ərzaqları - südü, yağı, qabartma tozunu, qalan vanili, duzu, yumurta sarısını əlavə edin və yenidən qarışdırın. Unu da yavaş-yavaş əlavə edib, qarışdırmaqda davam edin. Hazır məqama çatdıqdan sonra teflon tavaya (adi tava da ola bilər) həmin qarışıqdan bir çömçə töküb, 4-5 dəqiqə bişirin. Nuş olsun! |