www.nice.az > Ordan-Burdan > Pislikləri quma, yaxşılıqları daşa...

Pislikləri quma, yaxşılıqları daşa...


6 mart 2011. Müəllif: ayorxannur
Pislikləri quma, yaxşılıqları daşa...

Pislikləri quma, yaxşılıqları daşa...


İki dost səhrada gedirdi. Birdən mübahisələri düşdü. Biri o birini vurdu. Vurulan incisə də, bir şey demədi. Quma “bu gün ən yaxın dostum məni vurdu!” sözlərini yazdı. Sonra yaşıl bir vahəyə çatdılar. Vurulan su içmək istəyəndə bataqlığa düşdü. Boğulmağa az qalmışdı ki, dostu onu xilas etdi. O da bir daşa “bu gün ən yaxın dostum məni xilas etdi!” sözlərini yazdı. Dostu bunu görüb çox təəccübləndi və “Səni vuranda quma yazdın, indi niyə daşa yazırsan?” -deyə soruşdu. Dostu cavab verdi: “Biri bizi incidəndə quma yazmalıyıq ki, küləklər onu silib aparsın. Ancaq biri bizə yaxşılıq edəndə daşa yazmalıyıq ki, heç bir külək onu silə bilməsin”.