www.nice.az > Ordan-Burdan > Torpaq - alternativ enerji mənbəyi!

Torpaq - alternativ enerji mənbəyi!


19 mart 2011. Müəllif: ayorxannur
Torpaq - alternativ enerji mənbəyi!

Torpaq - alternativ enerji mənbəyi - Bu enerji 80 faiz qənaət deməkdir



Xaricdən verilən enerji sayəsində kompressor aşağı temperaturdakı qızdırıcı mənbədən aldığı istiliyi yüksək temperatur olan yerə ötürür. Yerin altına döşənən boruların içində hərəkətə gətirilən su torpağın istiliyini alaraq əsas qurğuya çatdırır
Qazın və kömürün qiymətlərinin durmadan artması mənzillərin qızdırılması ilə bağlı problemlərin yeni yollarla həllini zəruri edir. Bir artezian quyusu ilə və ya yerin iki metrə qədər altına döşənəcək borularla evlərin qışda qızdırılması, yayda isə sərinlədilməsi mümkündür.
Binaları bu sistemlə qızdırmaq enerjiyə 80 faizədək qənaət etmək imkanı verir. Mütəxəssislər hələ təzə-təzə əhatə dairəsi genişlənən bu texnologiyadan ABŞ və Avropa ölkələrində minlərlə ev, iş yeri və məktəbin qızdırılması və soyudulması üçün istifadə olunduğunu söyləyirlər.
Bu sistem istilik ötürən kompressorlarla işləyir. Xaricdən verilən enerji sayəsində kompressor aşağı temperaturdakı qızdırıcı mənbədən aldığı istiliyi yüksək temperatur olan yerə ötürür. Yerin altına döşənən boruların içində hərəkətə gətirilən su torpağın istiliyini alaraq əsas qurğuya çatdırır. Bu yolla çox az enerji sərf etməklə maksimum istilik və sərinlik əldə edilir. Yay aylarında havadakı istilik həmin borular vasitəsilə torpağa və ya yeraltı sulara ötürülür. Qış aylarında isə əksinə, torpaqdakı istilik evə verilir. Binaları bu sistem vasitəsilə qızdırmaqla 80 faiz və ya daha çox enerjiyə qənaət edilir. Bu sistemdə istifadə olunan kompressorların iş mexanizmi soyuducuların iş prinsipi ilə eynidir. Yəni istilik bir yerdən başqa yerə ötürülür.
Enerji mənbəyinə görə, bu kompressorlar su, torpaq və hava qaynaqlı olur. Sistemin qüsursuz işləməsi istiliyin izolyasiya edilməsindən asılıdır. Məsələn, Fransada istiliyin izolyasiyası haqqında qanun 1970-ci illərdə qəbul olunub. Bu ölkədə izolyasiya sisteminə malik olmayan binalara elektrik enerjisi verilmədiyi kimi, satışı belə qadağandır. Bu sistemin tətbiq olunduğu Almaniya, İsveç və Norveçdə iqlim Türkiyədən daha soyuq olmasına baxmayaraq, əhali daha az enerji ilə təminatlarını ödəyə bilir. Araşdırmalara görə, Almaniyada hər kvadrad-metrə 40-50 volt, Türkiyədə isə 350-400 volt eneji xərclənir.
Bu sistemin ən böyük üstünlüklərindən biri də hava şərtlərindən asılı olmadan və çox az enerji xərcləyərək enerji ehtiyacını təmin etməsidir. Çünki torpağın və yeraltı suyun istiliyi yay və qış aylarında belə, 7 ilə 22 dərəcə arasında dəyişir. Həmçinin bu sistemin zərərli karbon qazı ixrac etməməsi və ətraf mühiti çirkləndirməməsi isə onun digər bir üstünlüyüdür.