www.nice.az > Ordan-Burdan > Analar

Analar


10 fevral 2011. Müəllif: SEV_GI
Analar

Hər zaman yanımızda olan 1 kəs var..Varlığı ilə içimizə sərinlik gətirən sadəcə 1 nəfər var..Nə olur olsun, nə qədər böyüsək də, gözündə uşaq göründüyümüz 1 insan..Nə səhv etsək belə hər zaman əfv edən, dünyanın ən mehriban, ən qayğıkeş insanıdır o..Gözlərinə baxdıqca insana rahatlıq verir..Yanımızdan gedib bir də gəlməyəcəyini düşünmək belə insanı qorxudur..Gözlərimiz dolur ki, bir gün gedəcək..Yanımızda saçlarımızı oxşayan olmayacaq..Qırışmış üzünə baxıb sakitləşdiyimiz insan olmayacaq..Necədə dəhşətlidir!..Canımdan daha qiymətli anam bir gün yanımda olmayacaq!!
İstəkləri necədə çoxdur deyirəm..Doğulduğum vaxt "sağlam olsun bəsimdir" - deyirdi..Sonra böyükdükcə "məktəbə getdiyini görsəm, məndən xoşbəxti olmayacaq"- deyirdi...Məktəbi bitirməyə hazırlaşanda "Şükür məktəbi bitirdi".."Universitetə daxil olsun daha mən nə istəyim"- deyirdi..Universiteti bitirdim..Üzümə baxıb..Bir toyunu görmədim..Onu da görüb rahat ölə bilərəm deyərdi..Evləndim..Mənə nəvə ver, səndən daha heç nə istəməyəcəm deyərdi..Mənim ondan istədiklərimin yanında o məndən çox az şey istəyib deyirəm..
Bir yerə getmək istəyəndə anamı göndərərdim qabağa ki ,get atadan icazə al mənə görə..Yeni paltar görmüşəm onu istəyirəm..Dondurma, saqqız, alma, şokalad istəyirəm..Yeni ayaqqabı, yeni çanta istəyirəm..Çox şey istəmişəm səndən..İndi qəbrinin yanında yalnız bir şey istəyirəm..
Səni 1 dəfə olsun yenidən görmək istəyirəm...