www.nice.az > Ordan-Burdan > Çiyələyin nələrə qadir olduğunu bilirsinizmi?
Çiyələyin nələrə qadir olduğunu bilirsinizmi?6 fevral 2011. Müəllif: SEV_GI |
İnsanın ruhdan düşməməsi, daim yaxşı əhval-ruhiyyədə olması üçün müntəzəm şəkildə çiyələk yeməsi məsləhətdir. Gündə 150 qram bu giləmeyvədən yeyən şəxs asanlıqla stresdən qurtula bilər. Tərkibindəki 50-dən çox ətirli və xeyirli maddələr sayəsində çiyələk insanın mənfi emosiyalarını azaldır, ruh yüksəkliyini artırır. Çiyələyin digər xeyri qanı təmizləməsi, immuniteti artırması, maddələr mübadiləsini tənzimləməsi, ürək-damar sistemi və qaraciyər, böyrək xəstəlikləri və hətta bədxassəli şişlərin qarşısını almasıdır. Bu giləmeyvə həmçinin diş, baş ağrısı, burun-udlaq iltihabı riskini azaldır. |