TƏQVİM

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

ONLİNE

Hal-hazırda saytda 77 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 0
Tapılmadı.

.Qonaqlar: 77

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
M1rZ3 MelvinTog
Robertmaw vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Mirillis Splash PRO HD Player 1.4.0.0

Mirillis Splash PRO HD Player ...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » Ordan-Burdan » Uşaqlara "Cik-cik xanım" nağılı

Uşaqlara "Cik-cik xanım" nağılı

 (səs sayı: 5)

Bu xəbəri dostlarınla paylaş:
Uşaqlara "Cik-cik xanım" nağılı

Biri var idi, biri yox idi, bir serçə var idi. Adı Cik-Cik xanım idi. Bir gün Cik-Cik xanım bu qaratikan kolundan, o birinə qonub cik-cik eləyirdi.
Birdən Cik-Cik xanımın ayağına tikan batdı, nə qədər əlləşdi, çıxara bilmədi. Gözlərinin yaşını töküb ağlamağa başladı.
Qarı nənə onu görüb soruşdu:
-Ay Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, niyə ağlayırsan?
Cik-Cik xanım ağlaya-ağlaya qarı nənəyə cavab verdi:
-Ay qarı nənə, ayağıma tikan batıb, qanayıb, gəl çıxart!
Qarı nənə Cik-Cik xanımın ayağından tikanı çıxarıb təndirə atdı.
Cik-Cik xanımın kefi duruldu. Bir o yana, bir bu yana uçub dedi:
-Qarı nənə, mənim tikanımı qaytar!
Qarı nənə dedi:
-Haradan alım, atdım təndirə, yandı.
Cik-Cik xanım dedi:
-Mənə nə borc, tikanımı ver! Verməsən, çörəyini götürüb qaçaram.
Qarı nənə güldü.
Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, Qarı nənənin çörəyini götürüb qaçdı.
Cik-Cik xanım göy ilə uçurdu, gördü yerdə bir çoban qoyun sağır. Yerə qondu, çobana tərəf gəlib dedi:
-Bərəkətli olsun, çoban qardaş! Çörək gətirmişəm, al, südə doğra, ye!
Çoban çörəyi aldı, çanağına doğradı, üstünə də süd töküb dedi:
-Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, gəl sən də ye.
Cik-Cik xanım cavab verdi:
-Mən toxam, yemirəm, özün ye.
Çoban çörəyi yeyib qurtardı.
Cik-Cik xanım qanadlarını yellədib dedi:
-Ay çoban qardaş, mənim çörəyimi ver, gedirəm.
Çoban dedi:
-Çörəyini haradan alım? Yedim, getdi.
Cik-Cik xanım dedi:
-Mənə nə borc yedin. Çörəyimi ver, yoxsa qoyununu götürüb qaçaram!
Çoban gülüb dedi:
-Ay Cik-Cik xanım, nazlı xanım, məndə nə günah var ki, qoyunumu aparasan? Çörəyi özün verdin, mən nə dedim.
Cik-Cik xanım dedi:
-Gör indi sənin başına nə oyun gətirəcəyəm?
Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, çobanın qoyununu götürüb qaçdı. Çoban qışqırmağa başladı:
-Ay aman, ağam məni öldürəcək!
Cik-Cik xanım caynağında qoyun uçurdu, gördü ki, bir dəstə atlı gəlir, onlara yaxınlaşıb soruşdu:
-Ay qardaşlar, hara gedirsiniz?
Atlılar cavab verdilər:
-Cik-Cik xanım, nazlı xanım, gedirik padşaha gəlin gətirək.
Cik-Cik xanım uçub padşahın qapısına qondu, qoyunu xidmətçilərə verib dedi:
-Alın, padşahın toyuna gətirmişəm.
Cik-Cik xanım içəri girib yuxarı başda əyləşdi.
Xidmətçilər qoyunu kəsib, kabab bişirdilər, qonaqlara payladılar.
Qazı ilə Cik-Cik xanıma da bir qabda kabab qoydular. Qazı tez-tez yeyib Cik-Cik xanımı ac qoydu.
Cik-Cik acığa düşüb padşaha dedi:
-Mənim qoyunumu ver!
Dedilər:
-Qoyunu yemişik, qurtarıb gedib.
Cik-Cik xanım dedi:
-Onu-bunu bilmirəm, qoyunumu verirsiniz, verin, vermirsiniz, gəlininizi aparacağam!
Hamı güldü.
Cik-Cik uçub çəpərin üstünə qondu, gözlədi.
Gəlini zurna-balaban çala-çala gətirdilər. Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, gəlini atın üstündən alıb qaçdı.
Padşah bir başına döydü, bir gözünə, ağladı.
Cik-Cik xanım gəlini hündür bir ağacın dibində yerə qoydu, gördü ki, ağacın kölgəsində bir aşıq saz çalır.
Cik-Cik xanım dedi:
-Salam əleyküm, ay aşıq qardaş, gəl gəlini verim sənə, sən də sazı ver mənə.
Aşıq sevinib dedi:
-Ay Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, səndən mən heç bir şey əsirgəmərəm. Al sazı!
Cik-Cik xanım sazı aldı, gəlini verdi.
Aşıq gəlini götürüb evinə apardı. Cik-Cik xanım ağacın gölgəsində oturub, sazı dınqıldatmağa başladı.

Tikan verdim, çörək aldım,
Dınqıl sazım, dınqıl sazım.

Çörək verdim, qoyun aldım,
Dınqıl sazım, dınqıl sazım.

Qoyunu verdim, gəlin aldım,
Dınqıl sazım, dınqıl sazım.

Gəlini verdim, bir saz aldım,
Dınqıl sazım, dınqıl sazım.

Elə o gündən bəri Cik-Cik xanım ömrünü saz çala-çala, toy-nağara ilə keçirir.


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: H5N1 | Baxış sayı : 1407 | Rəylərin sayı (22) | 29 iyun 2009

Mövzuya oxşar xəbərlər:

NiCe.aZ-ın dadlı-duzlu Xanım Bəbəşləri
NiCe.aZ-ın dadlı-duzlu Xanım Bəbəşləri
Sonu bilinməyən NiCe.aZ-ın dadlı-duzlu Xanım Bəbəşləri

"1361"
Sizcə xanımın xoşuna gələn nə olmuşdu?
Balaca işgüzar xanım [Online video]
Balaca işgüzar xanım [Online video]
Balaca işgüzar xanım
İbrətamiz hekayə....
İbrətamiz hekayə....
Bir uşağın namaz qılma əhvalatı...

Səhifəni çap et
Birtanem (Offline)
Əlavə edilən tarix 29 iyun 2009 23:43 | 2

Şərh sayı: 853
Xəbər sayı: 85
Xalı: 180
Qeydiyyat: 3.05.2009
Mükafatı yoxdur
hihi, nagil aleminde yasamaq gozeldir




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 6
elnur8633 (Offline)
Əlavə edilən tarix 29 iyun 2009 15:44 | 1

Şərh sayı: 595
Xəbər sayı: 23
Xalı: 0
Qeydiyyat: 11.05.2009
Mükafatı yoxdur
maraqlidir cox sag ol h5n1




Status: qeyd edilməyib
imza
LOVE Gulka
ICQ: --
Reputasiya: 0
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular