

www.nice.az » Ordan-Burdan » Gülüşün tibbi cəhətdən faydaları
Gülüşün tibbi cəhətdən faydaları
Bu xəbəri dostlarınla paylaş:
Sakitləşdirir: gülüs xoşbəxtlik hormonu olan endorfini əmələ gətirir ki,bu da hirs və kədəri aradan qaldırır.
Dərini yaxşılaşdırır: üz əzələlərini faliyyətə gətirir,qan dövranını aktivləşdirir,nəticədə yanaqlara təbii qızartı gəlir.
İmmuniteti qaldırır: infeksiyalarla mübarizəyə kömək edir, 1 dəqiqə səmimi gülüş nəticəsində orqanizm nəfəs yollarına böyük həcmde antitel buraxır ki, bu da insanı bakteriya və viruslardan qoruyur.
Ürəyi sağlamlaşdırır; qan damarları genişlənir və qan dövranı yaxşılaşır.10 dəqiqə gülmək qan təzyiqini aşağı sala bilər. Gülüş ürək tutmasınada yaxşı təsir edir.
Ağrını aradan qaldırır: gülüş zamanı yaranan endorfin hormonu orqanizmimizin təbii ağrıkəsicisidir.Həkimlerin dediklərinə göre, özündə gülməyə güc tapan xəstələr ağrını daha asan keçirirlər.
Ağ ciyərləri inkişaf etdirir: astma və bronxit xəstələri üçün yaxşı məşqdir.Gülüş zamanı ağ ciyərlərin fəaliyyəti aktivləşir və nəticədə qana oksigen axını gedir.
Strese qalib gəlir: fiziki və emosional gərginliyi aradan qaldırır.Mütəxəssislər iddia edirlər ki, 1 dəqiqə səmimi gülüş 45 dəqiqəlik dərin relaksiyaya bərabərdir.
İnsanı formada saxlayır: gülüş aerobika hərəkətlərinin bir növüdür, çünki gülərək insan çox oksigen qəbul edir ki, bu da ürəyin işini və qan dövranını yaxşılaşdırır.Gülüş qarın,bel və ayaq əzələlərini möhkəmləndirir.Gülüş zamanı bütün daxili orqanlar masaj olunur və nəticədə effektiv çalışmağa başlayır.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Yusif |
Baxış sayı : 847 |
Rəylərin sayı (11) |
31 yanvar 2011




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!