www.nice.az » Ordan-Burdan » Qarabağdan Gəlmiş 1 Məktub...
Qarabağdan Gəlmiş 1 Məktub...
Bu xəbəri dostlarınla paylaş:

Salam ata!
Necəsən? Təzə nəsə xəbər var?
Məni heç soruşma, elə əvvəlki vəziyyətimdəyəm. Mən tam ayrıldığımız bu 18 il ərzində dəfələrlə sənə yazmışam. Sənsiz necə yaşadığımı o qədər bildirmişəm ki?! Görünür ya məktbularımı almamısan, ya da oxumamısan. Bəlkə, elə belə yaxşıdır. Yoxsa, sən həyəcanla vicdan əzabı keçirərdin. Axı mən sənin oğlunam, ağır və xoşagəlməz hallar yaşamağını istəmirəm. Əslində işlərim normaldır, artıq normaldır. Məni təhvil verəndən bəri onların dillərində danışmağı öyrənmişəm. Indi ancaq o dildə danışıram. Əvvəl-əvvəl çətin idi. Baxmayaraq ki, ətrafımdakılar bu dilin doğma dilim olduğunu və onun beynimin dərinliklərində, genetikasında sementləşdiyinə inandırmağa çalışırdılar. Ancaq, ata, mən bilirəm ki, bu həqiqət deyil. Yadındadır, mənə müxtəlif dilləri öyrənməyi tapşırardın. O biri uşaqlarını da, pis alınsa belə xarici dillər öyrənməyə məcbur edərdin. Qonaqları incitməkdən qorxardın. Düzünə qalsa heç vaxt anlamamışam ki, niyə onlar yox, sən qorxurdın? Sanki sən onların qonağısan və dillərini öyrənməyə məcbursan. Amma bizdə nədənsə tərsinə idi. O zamandan bax, mən başqalarından nümunə götürdüm. Özündənrazı, lovğa saymasınlar deyənə, hamı ilə anladıqları dildə danışmağa cəhd edirdim.
Ata, elə fikirləşmə ki, ailədə həmişə, arzulanan, seçilən biri olduğunu bilməmişəm. Hətta mənim ən gözəl, ən sevimli, ən istedadlı və ən istəkli olduğumu deməsən belə. İndi tez-tez fikirləşirəm : bütün bunlar nəyimə gərəkdir, bununla nə edim, kimə göstərim? Cəlbediciliyimdən zərrələr də qalmasa, əvəzində qeyrətlə doluyam. Ata, axı bunlar nəyimə lazımdır, sənə deyirəm?! Bu qeyrətlə, cəsarətlə kimi qorxudacam, sənimi?
Bilirsən, ata, sənə demək istəmirdim, indi başqa adım var. Bağışla, onlar adımı dəyişib özlərinə uyğununu qoydular. İndi mənim adım – A... Yox, əşşi, yaxşısı budur ki, bu barədə yazmayım. Yəqin sən özünü pis hiss edərsən. Mənsə istəmirəm səni vacib işlərindən ayırıb əhvalını pozum. Ümümiyyətlə, bu məktubu yəqin səhv edib yazıram. Nahaq yerə yazmağa başladım. Nahaq yerə səni çoxsaylı problemlərindən ayırdım. Amma, ürəyim elə sıxılır ... Yan-yörəmdə köhnə heç nə yoxdur, hər yerdə onlardır. Həmişə görünüşümü dəyişməyə çalışırlar. Istəyirlər, onlara oxşayım. Üstümdə növbənöv çapıqlar, nişanələr qoyurlar ki, sonradan – baxın, görürsünüz, onda tədqiq edilməmiş qədim köklərimiz var!- desinlər. Ata, artıq əldən düşmüşəm. Müqavimət göstərməyə halım qalmayıb. Sakitcə bütün təhqirlərə dözür, öyrəşirəm. Miskin birinə çevrilirəm. Bilirsən, 18 il bütün köklərdən imtina üçün kifayət deyil, amma onların əvəzində yeni nəslin formalaşması üçün kifayətdir. Yəqin, nə vaxtsa görüşsək, məni tanımayacaqsan. Özbaşınalıq və haqsızlıq huşumda dərin izlər buraxıb. Bütün bunları isə, ata, heç vaxt, eşidirsən, heç vaxt sənə bağışlamayacam...

Oğlun QARABAĞ
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: SERENA |
Baxış sayı : 490 |
Rəylərin sayı (9) |
20 yanvar 2011

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!