www.nice.az » Ordan-Burdan » Hitlerin Gecə dənizi əsəri 42 min dollara satılıb
Hitlerin Gecə dənizi əsəri 42 min dollara satılıb
Bu xəbəri dostlarınla paylaş:

Adolf Hitler tərəfindən 100 il əvvəl çəkilmiş "Gecə dənizi" əsəri Slovakiyada qapalı VIP hərracda 32 min avroya (42 min dollar) satılıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS yerli KİV-ə istinadən xəbər verir.
Rəsmdə gecə vaxtı dəniz mənzərəsi təsvir olunub. Hitler tərəfindən təsvir edilmiş dalğalar düşən ay işığının altında sakitcə tərpənirlər. Bütovlükdə, şəkil sakitləşdirici əhval-ruhiyyə yaradır.
Hərrac evinin nümayəndəsinin sözlərinə görə, əsər İkinci Dünya müharibəsindən sonra miras qaldığı slovak ailə tərəfindən satışa çıxarılıb.
Çox güman ki, ailənin üzvü olan rəssam Adolf Hitlerlə şəxsən tanış olub. O zaman Hitler yaradıcılıq karyerasına başlamağı və Vyana Rəssamlıq Akademiyasına daxil olmağı planlaşdırırmış.
Ötən il Slovakiyanın hərrac evi Hitlerin elə həmin ailənin kolleksiyasından olan əsərini satıb. "Gizli görüş" adlanan şəkil 10,2 min avroya satılıb.
Xatırladaq ki, 2009-cu ildə İngiltərənin Şropşir Qraflığındakı "Malloks" hərracında nasist diktatora məxsus 13 əsər artıq satılıb. Onların ümumi dəyəri 95 min funt sterlinq (150 min dollara yaxın) təşkil edib.
Mütəxəssislər hesab edirlər ki, eskizlər də daxil olmaqla Hitlerin 720-yə yaxın rəsm əsəri mövcuddur.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: NiXaTo |
Baxış sayı : 373 |
Rəylərin sayı (3) |
18 fevral 2012

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!