www.nice.az » Ordan-Burdan » Həyatın ən gözəl icadı ölümdür
Həyatın ən gözəl icadı ölümdür
Bu xəbəri dostlarınla paylaş:
Yalnız hazırladığı möhtəşəm texnologiyalar və qurğularla yox, həyat fəlsəfəsi ilə də milyonları özünə pərəstikar etmiş Stiv Cobs sadəcə, "Apple" korporasiyasının banisi deyildi.
O, həm də filosof idi.
"Həkimim mənə xərçəng xəstəsi olduğumu deyəndə, ilk dəfə ölümlə üzbəüz gəldim. Çox istərdim ki, o anı bundan sonrakı həyatımda, 20-30 ildə bir daha yaşamayım. Lakin ölümlə üzləşmiş bir insan kimi, sizə bunu qətiyyətlə deyirəm: kimsə ölmək istəməz! Cənnətə düşəcəyindən əmin olan insanlar belə, istəməzlər ölməyi. Lakin ölüm hamımızın paylaşdığı ortaq nöqtədir. Heç birimiz ölümdən qaça bilməz. Zatən olması gərəkən də budur. Həyatın ən gözəl icadı ölümdür, çünki o, yaşamın yeganə, gerçək dəyişiklik vasitəsi"dir. Yeniyə yer vermək üçün köhnənin aradan qalxması, getməsi gərəkdir.
İndi yeni olan sizsiniz. Amma çox da uzaqda olmayan bir gündə "köhnə olan" da siz olacaqsınız və siz də silinəcəksiniz yaşam səhnəsindən. Belə üzücü, hətta insanı hürkdürən bir mövzudan bəhs etdiyim üçün pərişanam, amma... Dediklərimin hamısı həqiqətdir.
Vaxtımız məhduddur. O məhdud vaxtınızı başqasının həyatını yaşamağa xərcləməyin. Başqa insanların düşüncələrinin nəticəsi ilə yaşanan həyat doğmaların tələsinə düşmək deməkdir. Başqa insanların düşüncələrinin səs-küyü, gurultusu batininizdəki səsi batırmasın. Daha da vacibi odur ki, ürəyiniz və istəkləriniz, arzu və xəyallarınızın ardınca getməyinizə imkan verən cəsarətə sahib olun.
Çünki sizin nə olmaq istədiyinizi, haralara getmək niyyətində olduğunuzu hamıdan yaxşı məhz içinizdəki səs, cəsarət və qətiyyətiniz bilir.
Ürəyiniz və istəkləriniz, qətiyyət və arzularınız... Onlara inanın, onlara güvənin..."

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Naxcione |
Baxış sayı : 331 |
Rəylərin sayı (1) |
17 oktyabr 2011

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!