TƏQVİM

«    May 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

ONLİNE

Hal-hazırda saytda 370 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 0
Tapılmadı.

.Qonaqlar: 370

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
LeGaCy M1rZ3
MelvinTog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Günün tarixi [o5.o3.11]

Günün tarixiİlin sonuna 301 gün qalır...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » Ordan-Burdan » QaRaQaN - SUAL CAVAB

QaRaQaN - SUAL CAVAB

 (səs sayı: 1)

Bu xəbəri dostlarınla paylaş:
QaRaQaN - SUAL CAVAB

Kafe açmaq ideyası hardan ağlınıza gəldi?

- Azərbaycanda kafelər iki yerə bölünür: dönərxanalar və qlamurxanalar. Biz incəsənət adamlarının, yaradıcı gənclərin toplaşa biləcəyi bir yer açmaq qərarına gəldik. Bu cür insanların xoşuna gələ biləcəyi bir yer yaratmaq istədik. Dizayndan da görsənir ki, bura fərqli yerdir.

- Yaradıcı adamlar gəlirmi? Gözləntiləriniz özünü doğrultdumu?

- Biz gözləyirdik ki, 14-15 yaşlı uşaqlar daha çox gələcək bura. Elə olmadı. Amma hələ ki, pis deyil.

- Bir dəfə müsahibə verərkən iş yerini gizlətmişdin. Səbəb göstərmişdin ki, qızlar toplaşacaq ora. İndi də belədir?

- Dünyada bütün məşhur adamların pərəstişkarları olur. Məşhurların konsertinə gedirlər, kitablarını alıb oxuyurlar. Amma bizdə bir az fərqlidir. Bizdə bütün oğlan fanatlar yaxın dost olmaq istəyirlər. Qız fanatlar isə evlənmək istəyirlər. Bütün Azərbaycan cəmiyyəti belədir. Bir qızla oğlan kafedə oturubsa, küçədə gəzirsə, mütləq sevgili olmalıdırlar, ya evlənməlidirlər, ya da mütləq seksual əlaqələri olmalıdır. Ortada bir yer yoxdur.

- Bəs normal dostluq münasibət qurduğun fanatların varmı?

- Bəziləri var ki, onlarla söhbətim tutur, fikirlərimiz üst-üstə düşür. Dünyada iki cür insan var: səhnədəki insan və onu alqışlayan insan.

- Oxucuların çoxdur, ya dinləyicilərin?

- Yəqin ki, oxucularım dinləyicilərimdən azdır. Ümumiyyətlə, bütün ölkədə dinləyicilərin sayı oxuculardan çoxdur.

- Oxucularının arasında dinləyicilərin sayı üstünlük təşkil edirmi?

- Belə fikir var ki, romanlarımın məşhurluğu mənim reper olmağımdan irəli gəlir. Əlbəttə, bunun rolu var. Amma görünür, mənim yazıçı kimi fikirlərim də oxucular üçün maraqlı idi. Son zamanlar bədii ədəbiyyatda ən çox satılan kitablardan biri mənim olub.

- Kitablardan pul qazana bilirsinizmi?

- Qazanıram.

- Birinci romanın olan “A”-dan nə qədər gəlir götürdünüz?

- 30 min manat.

- Seymur Baycanı tanıyırsınızmı?

- Bir-iki yazısını oxumuşam, bir-iki dəfə də həyatda görmüşəm.

- O yazmışdı ki, Qaraqanın “Cip”inin təkərləri məndən böyükdür.

- Mənim maşınım var. Amma sürüb özümü göstərmirəm. Bu dördtəkərli, bir nöqtədən başqa birisinə getmək üçün istifadə etdiyim dəmir parçasıdır.

- Həmin gənc yazarlar həm də yazırdılar ki, Qaraqanın yazdıqları qeyri-ciddidir. Özəlliklə siz MKM-də qalib olan zaman tənqidlərin sayı çox idi. Hətta sizi plagiatda da günahlandırırdılar.

- Ciddi ədəbiyyat anlayışı mənə çatmır.

- Qeyri-ciddi ədəbiyyatı Üzeyir Mehdizadənin musiqi sənətindəki yeri ilə müqayisə etmək olar.

- İntellektual çəkidən söhbət gedirsə, nəzərə alın ki, mən “A” romanını 19 yaşımda yazmışam. Sözsüz ki, orda intellektual çəki azdır. Amma ciddi, qeyri-ciddi sözlərin qəbul etmirəm. Ədəbiyyat hər kəsə lazımdır. Bunu oturub öz dilimdə yazsam, onda kimə lazımdır bu? Ciddi yazmaq çox asandır. Otur, öz fikirlərini özün başa düşdüyün kimi yaz. 10 nəfər dərinliyi tutacaq. Bəs bu yazıq xalq üçün kim yazacaq?


- Amma ciddi yazmaq üçün çox oxumaq da lazımdır. Birinci kitabda intellektual səviyyənin aşağı olduğunu etiraf etdiniz. Bəs bu keçən müddətdə bu səviyyəni qədər artırmısınız?

- Söhbət intellektuallıqdan gedirsə, məncə, hər şey qaydasındadır, çox yaxşıdır və yerindədir. Oturub hər şey haqqında saatlarla, günlərlə danışa bilərik. “Şeytanın kitabı” romanı çıxmadı. Ondan xəbəri olanlar bilir ki, orda hansı intellektual səviyyə var.

- Niyə görə çıxmadı?

- Elə siz dediyiniz intellektual səviyyəyə görə. Çıxsaydı, bizimkilər başa düşməyəcəkdi.

- Azərbaycanda yazmışdınız?

- Bəli.

- Bəs problem nədə oldu?

- Problem cəmiyyətin yemə qabiliyyətində oldu.

- Çıxarmamağı kimlər məsləhət gördü?

- Yazıçı dostlarım məsləhət gördü. Rəşad Məcid də məsləhət bilmədi çap etməyi. Son qərarımız bu oldu ki, kitab şəklində buraxmayaq bu romanı.

- O romanda ağır olan nə idi?

- (fikirləşir) Yəqin intellektual dozası çox idi. Bir dozada nikotin insana ziyan verə bilirsə, onu ata versən, ölə bilər. Bu, intellektual səviyyəsi az olan ölkələrin insanları üçün deyildi. Orta Asiya ölkələrinin səviyyəsi üçün deyildi.

- “İstəmirəm” adlı mahnınız vardı. Ona qulaq asanda, şəxsən mən başa düşə bilmirdim, siz əslində nə istəyirsiniz. Ordan belə bir şey anlaşılırdı ki, Avropanın yaxşılarını götürək, pislərini ataq.

- Bu, çox gülməli sözdür. İndi qloballaşma gedir. Avropa gəlirsə, özüylə hər şeyi gətirəcək. İnkişaf gəlirsə, özüylə əxlaqsızlıq da gətirərək, cinayətlər də artacaq. Bu, dünyanın bir sistemidir. Menyu deyil ki, istədiyini seçəsən. Statistikaya görə 6 milyard insanın 3 milyardı əkinçiliklə məşğuldur. Yəni bəşəriyyətin indi güclü intellektual səviyyəsi yoxdur. Onun da çoxu pop musiqisinə qulaq asır. Avropa filmləri Hollivudun bir həftəyə çəkilmiş ucuz filmlərini keçməyəcək. Bu, insanlığın ümumi intellektual səviyyəsini göstərir.

- Sizin ədəbiyyatınız, yaratdığınız musiqi qloballığa qarşıdır?

- Qloballığa qarşı deyil. Biz qloballaşmanı qarşısıalınmaz bir şey hesab edirik.

- Bəs Avropa dəyərlərinə qarşıdırmı?

- Xeyr. Buna da qarşı deyil. Bizim etirazımız hər şeyə qarşı idi. Bizdə nihilizm var idi, anarxiya var idi. Əsas məqsədimiz beyinlərdə müəyyən çərçivələri qırmaq idi. O çərçivələr qırılandan sonra insan dünyaya bir az başqa cür baxmağa başlayır.

- Çərçivələri qıra bildinizmi?

- Müəyyən qədər qırdıq. “HOST”un indi 20 minlik kütləsi varsa, o kütlə ayda bir kitab oxuyursa, demək onları bir az dəyişdirə bilmişik. Biz bir çevrədəyik, insanlardan xəbərimiz yoxdur. Gedək bir saat Bakıdan kənarda bir yerdə dayanaq, onda görəcəyik ki, hansı ölkədə yaşayırıq. Görəcəyik ki, onların səviyyəsi hansı yerdədir. İntellektuallar üçün Kafka yazıb. Amma xalq üçün yazmaq lazımdır. Mənəvi cəhətdən acından ölənlərə qida vermək lazımdır. “Host”u bir “Qızıl aypara” kimi qəbul etmək lazımdır.

- Müasirlərimizdən kimlərin kitablarını oxumusunuz?

- Qismətin, Nərmin Kamalın şeirlərini, Aqşin Yeniseyin, Seymur Baycanın, Qan Turalının yazılarını, Həmid Herisçinin “Nekroloq” romanını oxumuşam.

- Onlardan nəsə öyrəndiniz?

- Əlbəttə, öyrənmişəm.

- Dünya ədəbiyyatından kimləri oxumusunuz? Sizə kimlər təsir edib?

- Mifologiyalardan başlamışam. Dostoyevskini, Kafkanı, Paulo Koelyonu bəyənirəm. Zuskindin “Ətriyyatçı”sından daha çox “Zomer” əsərini bəyənirəm. İndi elmi fantaziyaya meyilli olmuşam. Elmi-fantastika alternativ elmi düşüncənin olduğu yerdir. Bir də dini əsərləri sevirəm. “İncil”dən tutmuş hamısını.

- Dinə münasibətiniz necədir?

- İmanlı adamam. Məni bu həyatdan daha çox o biri dünya maraqlandırır. O biri dünya varmıdır, yoxmudur. Bunları həmişə araşdırıram.

- Olduğu kimi qəbul etmirsiniz dini, araşdırırsınız?

- Yox. Din alleqoriyalardan ibarətdir.

- Bir az da musiqi yaradıcılığınızdan danışaq. Repə gəlişiniz necə oldu?

- Uşaq vaxtından dinləyirdim. Mənə çox maraqlı idi reperlərin həyatı. Məndə də alınırdı rep demək. Eminemin həyatı Britni Spirsin həyatından daha maraqlı idi. Bu gün Facebook-da da səhifəsi ən çox bəyənilən şəxsdir Eminem.

- Bəs bizimkilərdən kimləri dinləmisiniz?

- Əksəriyyətini dinləmişəm. Xoseni, Anar Nağılbazı, Dəyirmanı.

- Qrup necə yarandı?

- Əvvəllər şeir formasında yazırdım. Sonra studiya imkanı oldu. Və qrup yarandıqdan sonra birdən-birə məşhurlaşdıq. “HOST” bir dalğa kimi gəldi. Hər kəs bizə qulaq asırdı. İndi yenidən ələnib dinləyicilər. Ancaq bizi başa düşənlər qulaq asır.

- Bütün divarlarda “HOST”, sizin şüarlar yazılırdı. “HOST” yazılmış köynəklər geyinirdi yeniyetmələr. Necə hisslər idi bunlar?

- Bir oğlan kimi qızların çoxluğu başımı gicəlləndirdi. Bir gündə səninlə 20 qız yatmaq istəyir. Fikirləşirdim ki, görəsən neyləməliyəm? Bəlkə ancaq modellərlə gəzməliyəm? Bəlkə seks simvol olum? İlk hisslər bunlar idi.

- Elə hamısı ilə yatdın?

- (gülür) Gərək həmin an insanın başı gicəllənməsin. Sonrası pis ola bilər. Sonrası narkotikdir, içkidir. O bataqlığa düşmədim mən.

- Sizi məşhurluqda ən çox cəlb edən qızlar idi?

- Biz, əslində, buna görə gəlməmişdik. O yaşın romantikası var idi. İstəyirdik, dünyanı dəyişdirək. Amma gördüm ki, onlar bizimlə dost olmaq, yatmaq, şəkil çəkdirmək istəyirlər. Tam başqa istəklər əmələ gəlir. Yəni reallıqla toqquşduq. Özümüzü qorumağı bacardıq. Şou-biznesə qatılmadıq. Televiziyalardan, qlamur partilərdən qaçırdıq.

- Neçə albomunuz çıxıb?

- 8 albom.

- Nə qədər satılıb təqribən?

- Bilmirəm. Daha çox pirat disklər satılır.

- Onda albom qazanc gətirmir da?

- Gətirir. Amma az. Əsas konsertlərdir.

- Son zamanlar bir “Üzeyir sindromu” yaşanır Azərbaycanda. Bir qrup adam ∓onlar çoxluqdadır- onu dinləyir, digər qrup tamamilə inkar edir, üçüncülər isə qulaq asmasa da, “istəyən qulaq asar, istəyən yox”, - deyir. Üzeyiri bir misal kimi göstərdim. Bu tipli musiqiyə və onlara qulaq asanlara münasibətin necədir?

- Üzeyir pis işlə məşğul olmur. Adam öldürmür. Mahnı yazır, oxuyur. Bu, dünyaya pis bir şey vermir. Aqressiv düşüncələr deyil. Onun bir dinləyici kütləsi var. Dinləyib bundan zövq alırlar. Özü də qarşılıqlı şəkildə həzz alırlar. Onların bir-birindən həzz alması niyə mənə ziyan olmalıdır? Mən niyə bundan pis olmalıyam? Bu da rahatdır, o da. Hər ikisi orqazma çatır. Mən buna pis deyə bilmərəm.


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: vusaal | Baxış sayı : 802 | Rəylərin sayı (6) | 21 sentyabr 2011

Mövzuya oxşar xəbərlər:

Qaraqanla müsahibə
Qaraqanla müsahibə
Qaraqanla müsahibə
Azərbaycanlılar kimin kitabını oxuyur?
Azərbaycanlılar kimin kitabını oxuyur?
Kitabın cəmiyyətin formalaşmasında rolundan yeni söz yazmaq artıqdır.
Sevgi nədir?
Sevgi nədir?
Çox vaxt gənclər sevgini digər hisslərlə qarışdırırlar....
Vüsalə İlyasova ilə səmimi söhbət
Vüsalə İlyasova ilə səmimi söhbət
Azərbaycanda barmaqla sayılacaq qədər işləri ilə yadda qalan bəstəkarlar var.Bunlardan biridə bütün qalmaqallardan, söz-söhbətlərdən uzaq məhşur bəstəkarlardan biri Vüsalə İlyasovadır. ...

Səhifəni çap et
karakasa (Offline)
Əlavə edilən tarix 17 noyabr 2011 22:23 | 6

Şərh sayı: 1082
Xəbər sayı: 0
Xalı: 1073
Qeydiyyat: 8.10.2011
Mükafatı yoxdur
bacim host ucun olur




Status: qeyd edilməyib
imza
300 spartali
ICQ: --
Reputasiya: 2
EMERALD (Offline)
Əlavə edilən tarix 22 sentyabr 2011 22:12 | 5

Şərh sayı: 2903
Xəbər sayı: 22
Xalı: 356
Qeydiyyat: 3.08.2010
 
THANKS




Status: qeyd edilməyib
imza
GİTTİN.Şimdi 1 mevsim deyil koca 1 hayat girdi aramıza.Biliyorum ne sen döne bilirsin artık nede ben kapıyı açabilirim sana.Ama şunuda unutma Tek sen oldun benim hayatımda.Körleşti duygular senin yokluğunda...
ICQ: --
Reputasiya: 3
Honey (Offline)
Əlavə edilən tarix 22 sentyabr 2011 17:25 | 4

Şərh sayı: 454
Xəbər sayı: 16
Xalı: 376
Qeydiyyat: 26.01.2011
Mükafatı yoxdur
love_sign HOST




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 3
punesher (Offline)
Əlavə edilən tarix 22 sentyabr 2011 16:14 | 3

Şərh sayı: 610
Xəbər sayı: 147
Xalı: 13
Qeydiyyat: 14.11.2010
 
Bu Suallari Kim Verir




Status: qeyd edilməyib
imza
ICQ: 601565925
Reputasiya: 1
hebibi_p (Offline)
Əlavə edilən tarix 22 sentyabr 2011 12:26 | 2

Şərh sayı: 5686
Xəbər sayı: 698
Xalı: 1232
Qeydiyyat: 27.10.2010
  
Host (qaraqan) yazdigi replerini cox beyenirem,cox mentiqli ve menali oxuyur,halal olsun .Xebere gore de sagolun love




Status: qeyd edilməyib
imza
Hər kəs aya bənzər. Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır.
ICQ: --
Reputasiya: 14
LeGaCy (Offline)
Əlavə edilən tarix 22 sentyabr 2011 00:34 | 1

Şərh sayı: 883
Xəbər sayı: 116
Xalı: 843
Qeydiyyat: 27.12.2010
 
Bu LaP KitabDiKI




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 3
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular