www.nice.az » Ordan-Burdan » Obez (piylənmiş) yer kürəsi!
Obez (piylənmiş) yer kürəsi!
Bu xəbəri dostlarınla paylaş:
Çox maraqlı araşdırma: Yalnız insanların deyil, planetin özünün də qarnı böyüyür! Yalnız dünyadakılar deyil, üzərində yaşadıqları yer kürəsi də "kökəlir".
Geophysical Research Letters jurnalında nümayiş olunan araşdırmaya görə, peyk şəkilləri su kütlələrinin yer dəyişdirməsi səbəbiylə Dünyanın "qarnının böyüdüyünü" ortaya çıxardı.
Öz oxu ətrafında fırlanmasının da təsiriylə qütb bölgələrində bir az "basırıq" olan yer kürəsinin, Qrenlandiya və Antarktikadakı buzlaqların əriməsi səbəbiylə, ekvator bölgəsində gedərək qalınlaşdığı ifadə edildi.
Araşdırmaya qatılan kosmos mühəndisi Steve Nere 22 min il əvvələ qədər şimal qütbünün kilometrlərlə uzanan buzlarla əhatə olunduğunu ifadə etdi. Kütləsi sudan daha ağır olan buzun əriməsinin ardından altındakı yer qabığının bir az dolğunlaşdığını ifadə edən Nere, bu səbəblə dünyanın gedərək yuvarlaqlaşdığını qeyd etdi.
Buzlaqların əriməsiylə Qütblərdəki buz əhatəsinin azalması və bu sayədə Dünyanın orta hissəsindən "arıqlaması" gözlənilirdi. Əslində elm adamları illərcə yer kürəsinin orta hissəsindən "incəldiyini" müşahidə etdi. Ancaq 1990-cı illərdən etibarən Dünya orta hissəsindən "kökəlməyə" başladı; eynilə alt və üst tərəfdən basdırılan bir top kimi.
Bu dəyişikliyin səbəbi isə buzlaqların əriməsiylə əmələ gələn su kütlələrinin Dünyanın fırlanması nəticəsində ekvator bölgəsinə itələnməsidir. Ekvator ətrafındakı su səviyyəsinin yüksəlməsiylə də, yer kürəsinin "beli" qalınlaşır.
Qrenlandiya və Antarktikadakı buzlaqların əriməsi nəticəsində ildə 382 ton buz kütləsi yox olur. Yaranan suyun böyük miqdarı ekvatora doğru çəkilir. Beləcə hər on ildən bir bu bölgə 70 santimetr qalınlaşır.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Ice |
Baxış sayı : 1043 |
Rəylərin sayı (5) |
8 avqust 2011

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!